Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Redaktor

09.06.2025 17:46
364

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

"İlk öncə hər iki kredit növünün şərtlərinə baxmaq lazımdır. Hər kəs üçün bir şərt daha uyğun ola bilər. Bunların hər ikisi mülki müqavilədir. Hər ikisində maliyyə sektoru iştirak edir"

Valyuta.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. O, bildirib ki, avtomobil almaq istəyən şəxs istehlak kreditlərinin və lizinqin şərtlərinə ayrı-ayrı diqqət etməlidir:

"Avtomobil kreditlərində faizlər bir qədər yüksək olur. Ona görə də, ən yaxşısı insanların mümkün qədər nağd yolla maşın almasıdır. İstehlak krediti bank sektorundan verilir və bank hamıya kredit vermir. Gərək müştərinin gəlirləri bankın tələblərinə uyğun olsun. Digər tərəfdən, gəlir rəsmi olmalıdır. Eyni zamanda kredit tarixçəsində problem də olmamalıdır. Əmlakın mülkiyyət hüququ keçmədiyinə görə bir çox məsələlərə göz yumulur. İstehlak krediti vasitəsi ilə vətəndaş avtomobili alır və daha sonra istehlak kreditini ödəyir. Lizinqdə isə maşın verilir və ödənişlər bitdikdən sonra şəxsin mülkiyyətinə keçirilir. Hər bir kəsə istehlak krediti də, lizinq də verilərsə, onda şərtləri qarşılaşdırıb müqayisə aparmaq olar".

Ekspert vurğulayıb ki, hər iki kredit növünün şərtləri və tələbləri müxtəlifdir:

"Mümkündür ki, istehlak kreditləri bir qədər faiz baxımından daha ucuz ola bilər. Amma dediyim kimi, şəxs istehlak krediti əldə etmək üçün şərtlərə cavab verməlidir. Amma lizinqdə maşın vətəndaşın adına keçirilmədiyinə görə, müəyyən nüanslara göz yumulur. Lakin lizinqdə sərəncam vermə və mülkiyyət hüquqları verilmir, sadəcə istifadə hüququ verilir".

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
"Fed" ilin ikinci faiz qərarını açıqladı

"Fed" ilin ikinci faiz qərarını açıqladı

18.03.2026

İlham Əliyevin Xanoba sakinləri ilə görüşündən görüntülər - VİDEO

18.03.2026

Dünyanın ən bahalı 10 lüks avtomobili - Onlardan birini almaq üçün ən azı 2,4 milyon dollar tələb olunur

18.03.2026

"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur

18.03.2026

Növbəti 5 ildə dünyada batareyalar üçün vacib olan bir metal çatışmayacaq

18.03.2026

Ferrari "Amalfi Spider" modelini təqdim edib

18.03.2026

Mərkəzi Bank “PAŞA Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələyib

18.03.2026

Zibilxanalardakı xəzinələr: Kompüterlərdən serum vasitəsilə qızıl çıxarmaq olacaq

18.03.2026

ABŞ-dan Azərbaycana birbaşa investisiyalar 36,4% artıb

18.03.2026

ABB xarici bankda nəzarət səhm paketi alır

18.03.2026

Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlandı

18.03.2026

Bakıda bu küçələrdə köhnə binalar söküləcək - SİYAHI

18.03.2026

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - FOTOLAR

18.03.2026

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 20%-ə yaxın artıb

18.03.2026

Azərbaycan əhalisinin sayı açıqlandı

18.03.2026

AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi ®

18.03.2026

"Fed" bu axşam növbəti faiz qərarını açıqlayacaq

18.03.2026

Dövlət qulluqçuları üçün bu müavinət də ləğv edilir

18.03.2026

2026-cı ildə Çinin ən varlı 10 milyarderi

18.03.2026

Rusiya vətəndaşı Azərbaycanda 21 min manatlıq şirkət yaradıb

18.03.2026

Məzənnə

Yüklənir...