Kredit və depozitlərin böyük hissəsi 3 bankın əlindədir

Redaktor

15.04.2025 17:35
227

Kredit və depozitlərin böyük hissəsi 3 bankın əlindədir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 2024-cü ilin yekunları üzrə Maliyyə Sabitliyi Hesabatını dərc edib.

Valyuta.az xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə aktivlər üzrə təmərküzləşmədə müəyyən qədər azalma olsa da, depozit və kredit portfelləri üzrə təmərküzləşmədə artım müşahidə olunur.

Beynəlxalq təcrübədə də geniş istifadə olunan HHI1 indeksinə əsasən cari ilin sonuna kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 61 vahid artaraq 1207 təşkil etmişdir. Depozit portfeli üzrə təmərküzləşmə indeksi isə ötən ilin sonu ilə müqayisədə 64 vahid artaraq 1653 təşkil etmişdir. Aktivlər üzrə HHI indeksi göstəricisi 30 vahid azalaraq 1474 təşkil etmişdir. Beləliklə, bank sistemində kredit portfelinə əsasən aşağı səviyyədə təmərküzləşmə, depozit portfelinə əsasən isə orta səviyyədə təmərküzləşmə mövcuddur. Aktivlərin ümumi məbləğinə əsasən isə bank sektoru aşağı və orta təmərküzləşmə sərhədindədir. 

Hesabatda bildirilir ki, ən böyük 3 bankın sistem üzrə bazar payının dinamikası da 2024-cü ildə həm kredit, həm də depozit portfeli üzrə təmərküzləşmənin artdığını göstərir. Belə ki, 2023-ci illə müqayisədə ən böyük 3 bankın kredit portfeli üzrə bazar payı 1.7 faiz bəndi artaraq 54.1%, depozit portfeli üzrə bazar payı isə 1.8 faiz bəndi artaraq 67.4% təşkil etmişdir. Aktivlər üzrə isə ən böyük 3 bankın bazar payında nəzərəçarpan dəyişiklik olmamışdır. Bank sektoru üzrə təmərküzləşmə Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”

11.03.2026

Azərbaycanlı "youtuber"lər niyə həmkarlarından az qazanır?

11.03.2026

“Dəniz Mall”dan “Nargilə”yə qədər böyük layihə - Paytaxtda relslər sökülür

11.03.2026

"Zeytun" aptek dərman vasitələrini qoyulan qiymətdən baha satıb

11.03.2026

Hərbi qulluqçuların maaşlarında dəyişiklik təsdiqləndi

11.03.2026

Türk lirəsi dördqat dəyər qazandı, otellər boş qaldı - İranlılar ölkələrinə dönür

11.03.2026

Şirkətin xətasını aşkarladı - 30 000 qazandı

11.03.2026

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

11.03.2026

"Meta" “Moltbook” sosial şəbəkəsini satın alıb

11.03.2026

"Bazarstore" məhsulları üzərində göstərilən qiymətdən daha baha satıb - Protokol tərtib edildi

11.03.2026

Dünyanın ən varlı 10 qadın milyarderinin sərvəti - Fotolar/Siyahı

11.03.2026

Mövzu: AFB Bank-dan Sahibkarlara Böyük Dəstək – 200 000 AZN-dək Mikro və Aqro Kredit İmkanı! ®

11.03.2026

İcbari avtosığorta üzrə ən pis xidmət bu 3 şirkətə məxsusdur - SİYAHI

11.03.2026
İnvestisiya şirkətlərinin səhm dövriyyəsinin həcmi üzrə RENKİNQİ

İnvestisiya şirkətlərinin səhm dövriyyəsinin həcmi üzrə RENKİNQİ

11.03.2026

Sabah 13 dərəcə isti olacaq

11.03.2026

“ADA” Universitetinin tenderi ləğv edildi

11.03.2026

Daha 8 startap vergidən azad olundu

11.03.2026
500 manatla corab brendi qurdu - 15 manata satır

500 manatla corab brendi qurdu - 15 manata satır

11.03.2026

İcra başçısı 27 nəfəri işdən çıxardı

11.03.2026
"Kredit borcuna görə maaşın 95%-i tutulub" - Bu mümkündürmü?

"Kredit borcuna görə maaşın 95%-i tutulub" - Bu mümkündürmü?

11.03.2026

Məzənnə

Yüklənir...