Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

Redaktor

06.12.2025 22:48
618

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

ABŞ-da fəaliyyət göstərən “7AI” kibertəhlükəsizlik startapı A seriyası sərmayə turunda 130 milyon dollar maliyyə vəsaiti cəlb edib.

Valyuta.az xəbər verir ki, 2024-cü ildə təsis olunan şirkətin ümumi sərmayəsi 166 milyon dollara yüksəlib.

“7AI” yeni investisiyanı süni intellekt mühəndisliyi və satış komandalarının genişləndirilməsinə yönəldəcək. Şirkət Lior Div və Yonatan Striem Amit tərəfindən yaradılıb. Platforma süni intellekt agentləri vasitəsilə kibertəhlükəsizlik pozuntularını avtomatik aşkar edir, araşdırır və aradan qaldırır. 40-dan çox agentlə çalışan sistem mövcud təhlükəsizlik alətləri ilə inteqrasiya olunur, məlumatların köçürülməsinə ehtiyac yaratmadan analiz imkanı verir.

Aşkarlanan hadisələr əhəmiyyətinə görə sıralanır, təbii dildə izahlarla təqdim olunur. Platforma həmçinin istifadəçilərə təhlükə meyarlarını təyin etməyə və əlavə əmrlər tətbiq etməyə imkan verir.

Proqram təminatı fərdi ehtiyaclara uyğunlaşdırıla bilir. Həll, araşdırma müddətini əhəmiyyətli dərəcədə qısaldır və yanlış pozitivləri 99 faiz azaldaraq komanda yükünü yüngülləşdirir.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Usain Boltun 2026-cı ildəki sərvəti: gəlir mənbələri və maliyyə strategiyası

24.01.2026

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual

24.01.2026

3 aya marketdən 7 minlik məhsul oğurladı

24.01.2026

Tövlədən idarə etdiyi biznesi dünyada məşhur imperiyaya çevirdi

24.01.2026

İnvestorlar üçün bilməli olduqları kriptovalyuta növləri

24.01.2026

“Azercell” bu tarif paketləri üzrə qiymətləri artırdı - FOTO

24.01.2026

Bazar gününün hava proqnozu

24.01.2026

"YouTube" 2026-cı il üçün planlarını açıqladı

24.01.2026

Ümumi təhsil müəssisələrində qış tətili başlayır

24.01.2026

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

24.01.2026

Pentaqon yaxınlığında pizza sifarişləri artdı

24.01.2026

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

24.01.2026

149 milyondan çox insanın məlumatları internetə sızdırılıb

24.01.2026

ABŞ-nin Vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

24.01.2026

Qızıl istehsalında 11%-dən çox artım

24.01.2026

Riçard Branson və “ilan kimi” qıvrılan biznes ruhu - SƏHƏR OXUSU

24.01.2026

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Məzənnə

Yüklənir...