Kapital Bank-ın dəstəyi ilə 4-cü “YAŞA” Mərkəzi istifadəyə verildi

Redaktor

07.01.2026 11:15
138

Kapital Bank-ın dəstəyi ilə 4-cü “YAŞA” Mərkəzi istifadəyə verildi ®

Ölkənin birinci bankı Kapital Bank yaşlı nəslin həyat keyfiyyətinin yüksəldilməsi və təqaüd dövrünün daha fəal keçirilməsi məqsədilə “Üçüncü Bahar” İctimai Birliyinin “YAŞA” Mərkəzlərinə dəstək göstərməyə davam edir. Bu istiqamətdə 4-cü “YAŞA” Mərkəzi paytaxt Bakıda istifadəyə verilib.

Yeni mərkəz, İçərişəhər və ətraf ərazilərdə yaşayan yaşlı insanlar üçün sosial əlaqələrin gücləndirilməsi, birgə öyrənmə və paylaşma mühitinin yaradılması, həmçinin fəal həyat tərzinin təşviqi sahəsində vacib layihələrin həyata keçirilməsini hədəfləyir. Burada yaşlıların bir araya gələrək öz bacarıqlarını inkişaf etdirmələri, həyat təcrübələrini bölüşmələri və özlərini cəmiyyətin aktiv üzvü kimi hiss etmələri üçün bütün lazımi şərait yaradılıb. Mərkəzin xidmətlərindən yararlanmaq istəyən şəxslər (+99450)343-44-14 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

2017-ci ildən etibarən “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə çərçivəsində ötən dövr ərzində 45 000 nəfərdən çox təqaüdçü müxtəlif təlimlərə cəlb olunub. Artıq 9 ildir ki, Kapital Bank-ın dəstəyi ilə Bakı, Mingəçevir və Şamaxı şəhərlərində “YAŞA” Mərkəzlərinin uğurlu fəaliyyəti təşkil olunur. Bank əməkdaşlarının mentorluğu ilə keçirilən təlimlərdə 200-dən çox təqaüdçüyə maliyyə, hüquq və informasiya təhlükəsizliyi mövzularında vacib bacarıqlar öyrədilib. Bu təşəbbüs Kapital Bank-ın yaşlı nəslin həyat keyfiyyətinin artırılmasına, onların cəmiyyətə inteqrasiyasına və sağlamlığının qorunmasına yönələn davamlı sosial məsuliyyət fəaliyyətinin növbəti addımıdır.

“YAŞA” Mərkəzlərində yaşlılar üçün gündəlik əsasda müxtəlif dərnəklər və məşğələlər təşkil olunur. Proqramlara qurama, toxuma, ingilis dili, rəsm, musiqi və digər yaradıcılıq fəaliyyətləri daxildir. Bununla yanaşı, informasiya sessiyaları, master-klasslar və tematik tədbirlər vasitəsilə ahıllar yeni bilik və bacarıqlar qazanır, sosial mühitdə fəal iştirak imkanları əldə edirlər. Bu fəaliyyətlər yaşlı insanların həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasına, onların gündəlik həyatlarının daha keyfiyyətli və dolğun təşkilinə xidmət edir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Süni intellekt axmaqdır”, amma onu görməməzlikdən gəlmək biznesi məhv edə bilər - Mark Kuban

09.01.2026

“Onlar bizə əmanətdir” aksiyası şəhid övladlarına sevgi ilə davam edir ®

09.01.2026

Bu şirkət nizamnamə kapitalını 24 min manatdan çox azaldır

09.01.2026

Ermənistanlı nazir: "Azərbaycandan 7,6 min ton neft məhsullarının idxalını gözləyirik"

09.01.2026

Mərkəzi Bankın avtomobilləri satışa çıxarılır - Qiymətlər 3 800 manatdan başlayır

09.01.2026
Ölən şəxsin kredit borcunu ailə, yoxsa zamin ödəməlidir?

Ölən şəxsin kredit borcunu ailə, yoxsa zamin ödəməlidir?

09.01.2026

ING Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu azaldıb

09.01.2026

ING: Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini yenidən artıracaq

09.01.2026

Azərbaycan nefti bahalaşdı

09.01.2026

"Sakinlərə hesabat verməli deyiləm" - "Uğur Yaşam" MMC-nin yığdığı pullar hara gedir?

09.01.2026

"Gmail"də yeni funksiyalar təqdim edilib

09.01.2026

"Aksiz vergisi artırılan tütün məhsulları bahalaşacaq" - VİDEO

09.01.2026

Kriptobirjada eniş müşahidə edilir - "Bitcoin" nisbi ucuzlaşıb

09.01.2026

Lirə və avro ucuzlaşdı

09.01.2026

İnsanlar ən çox bu sahələrdə pullarını israf edir - SƏHƏR OXUSU

09.01.2026
2026-da Avropada hara səyahət etməli?

2026-da Avropada hara səyahət etməli?

08.01.2026

Saxta mavi ekran tələsinə diqqət: Hər şeyinizi itirə bilərsiniz

08.01.2026

Hər kəsin uzaq durmalı olduğu 7 əsas maliyyə xətası

08.01.2026

"Galaxy S26"nın təqdimat tarixi açıqlandı: Model haqqında nə məlumdur?

08.01.2026

Keçmiş NASA alimi fizika qanunlarını pozan mühərrik yaratdığını iddia edir

08.01.2026

Məzənnə

Yüklənir...