Redaktor
İşçi xəstədirsə, işəgötürən onu işdən çıxara bilərmi?
Hər hansı bir qurumda çalışan işçi xəstələndikdə, uzun illər ərzində tətbiq olunan qaydalara görə, o, xəstəlik müddətində işdən azad edilə bilməzdi. Lakin son dövrlərdə praktikada bu qaydanın dəyişdiyi müşahidə olunur.
Xüsusilə işlə bağlı olmayan səbəblərdən əmək qabiliyyətini itirib və 5 ay, hətta 1 il müddətində işləyə bilməyəcək.
İşçi xəstəlik səbəbindən işə çıxa bilmirsə, işəgötürən onu işdən azad edə bilərmi və bu hansı müddətdən sonra mümkündür?
Mövzu ilə bağlı Valyuta.az-a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, işçi müvəqqəti əmək qabiliyyətini itirmə ilə əlaqədar 5 ay müddətində müalicədə olacaqsa və bunu təsdiq edən müvafiq rəsmi sənədləri təqdim edərsə, bu halda onunla əmək müqaviləsinə xitam verilə bilməz:
"Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən, qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, işçinin əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirməsi və bu səbəbdən əmək funksiyasını yerinə yetirə bilməməsi hallarında işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Bu qərarın verilməsi üçün mütləq şəkildə müvafiq səlahiyyətli orqanın, o cümlədən tibbi-sosial ekspert komissiyasının rəyinin olması tələb olunur. Eyni zamanda, qanunvericilikdə istisna hallar da mövcuddur. Belə ki, bəzi xəstəliklər üzrə əmək qabiliyyətinin itirilməsi müddəti 1 ilə qədər müəyyən edilə bilər və bu hal bütün xəstəliklərə şamil edilmir".

"Bir qayda olaraq, əmək qabiliyyətinin fasiləsiz şəkildə 6 aydan çox müddətə itirilməsi hallarında işəgötürənin Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən işçi ilə əmək müqaviləsinə xitam vermək hüququ yaranır", - deyə S.Məmmədov vurğulayıb.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÖtən ay təyin olunan icra başçısı işdən çıxarıldı
29.12.2025Prezident ailəsi ilə birlikdə “Ağ Şəhər”də - YENİLƏNİB
29.12.2025ARDNF-in investisiya portfelində qızılın payı 35%-ə çatdırılacaq
29.12.2025"Samsung" "Galaxy S26"nın qiyməti ilə bağlı qərar verə bilmir
29.12.2025Nazir özünə yeni müşavir təyin etdi
29.12.2025"OpenAI" süni intellektin qaranlıq tərəfinə qarşı tədbir görür
29.12.2025Azərbaycan bu ölkə ilə bəzi şəxsləri vizadan qarşılıqlı olaraq azad edib
29.12.2025Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi ®
29.12.2025Milyarderlərin üstünlük verdiyi səhmlər
29.12.2025Rabitəbank Azərbaycanda islam bankçılığı üzrə mudaraba və murabaha məhsullarının tətbiqinə başlayır ®
29.12.2025Təhsilə nə qədər investisiya ayrılıb? - Rəqəmlər
29.12.2025
Daha bir ölkə avroya keçir - 145 yaşlı milli valyuta tarixə qovuşur
29.12.2025İcbari tibbi sığorta fondunun gələn il üçün büdcəsi təsdiqləndi
29.12.2025Yaşayış minimumu artırıldı
29.12.2025Buna görə 100 manat rüsum ödəyəcəksiniz
29.12.2025Bu xidmətlərdən də ƏDV ala biləcəyik
29.12.2025Evlərini kirayə verənlər üçün YENİLİK
29.12.2025Sahibkarların sosial sığorta haqqı yeni qaydada hesablanacaq
29.12.2025Onlar icbari tibbi sığorta haqqını özləri ödəyəcək
29.12.2025