Milyarderlərin üstünlük verdiyi səhmlər

Redaktor

29.12.2025 15:37
95

Milyarderlərin üstünlük verdiyi səhmlər

Sadəcə milyarderlərin addımlarını təkrarlamaqla varlanmaq mümkün deyil, lakin onların seçdiyi səhmləri izləmək hər zaman maraqlıdır.

Aşağıda adları çəkilən milyarderlər sərmayə sahəsində böyük nüfuza malikdirlər. Onların geniş tədqiqat resursları, daxili dairələrlə əlaqələri və təcrübələri onlara bazarda fərqli baxış bucağı qazandırır. Bu sərmayədarların hansı səhmlərə üstünlük verdiyini öyrənmək, fərdi investorlar üçün faydalı ola bilər. Eyni zamanda milyarderlərin belə, zaman-zaman səhv etdiklərini görmək də mümkündür. Məsələn, “Berkshire Hathaway” şirkətinin rəhbəri Uorren Baffet 2022-ci il hesabatında qeyd etmişdi: “Berkshire-i idarə etdiyim 58 il ərzində qəbul etdiyim sərmayə qərarlarının əksəriyyəti orta səviyyədə olub. Yaxşı nəticələrimiz isə sadəcə bir neçə düzgün qərarın nəticəsidir”. Bu “orta səviyyəli nəticələr” isə 1965-ci ildən bəri ildə təqribən 20% artım göstərən səhmlə ölçülür. Müqayisə üçün, “S&P 500” indeksində bu göstərici 10%-dən az olub.

İndi isə 2025-ci ilin üçüncü rübündə bu milyarderlərin portfellərinə əlavə etdikləri və ya artırdıqları beş əsas səhmi təqdim edirik.

“Meta Platforms

Sərmayəçi: Stiv Koen (“Point72”)

Səhmlərin dəyəri: 602 milyon dollar

Portfeldə çəkisi: 0,7%

Stiv Koen, 21 milyard dollar sərvəti ilə əsasən “New York Mets” klubunu alması ilə tanınır. Onun ailə ofisi olan “Point72 Asset Management” isə üçüncü rübdə “Meta Platforms” səhmlərinə 611 min ədəd əlavə edib. Hazırda fondun META səhmlərinin sayı 819 minə çatıb və dəyəri 602 milyon dollardır. Bu, “Point72”nin ilk onluğuna daxil olan yeni əsas aktivə çevrilib. Son üç ildə META illik 75%-dən çox gəlir gətirib, bu isə bazar ortalamasını xeyli üstələyir.

“Sea Limited”

Sərmayəçi: Daniel Sandhaym (“D1 Capital Partners”)

Səhmlərin dəyəri: 231 milyon dollar

Portfeldə çəkisi: 2,7%

“D1 Capital Partners” yeddi illik fəaliyyəti ərzində sərvətini 5 milyard dollardan 28 milyard dollara çatdırıb. Onun rəhbəri Daniel Sandhaym isə “sərmayə dünyasının Lebron Ceymsi” adlandırılıb. Şirkət, Sinqapurda fəaliyyət göstərən onlayn oyun və ticarət platforması “Sea Limited”ə bu ilin üçüncü rübündə investisiya edib. Hazırda D1 şirkətin 1,3 milyon səhminə sahibdir. Lakin SE səhmləri son üç ayda 27% dəyər itirib.

“Broadcom”

Sərmayəçi: Stefen Mandel (“Lone Pine Capital”)

Səhmlərin dəyəri: 511,2 milyon dollar

Portfeldə çəkisi: 3,7%

Stefen Mandel bu ilin üçüncü rübündə “Broadcom” səhmlərini böyük həcmdə alıb. O, çip sektorunda olan bu texnologiya şirkətinin 1,5 milyondan çox səhmindən ibarət bir portfel formalaşdırıb. “Lone Pine Capital” hazırda bu səhmlərə 511 milyon dollardan çox sərmayə qoyub. AVGO səhmləri son üç ayda 18% artıb.

“Nvidia”

Sərmayəçi: Devid Tepper (“Appaloosa”)

Səhmlərin dəyəri: 354,5 milyon dollar

Portfeldə çəkisi: 4,8%

“Nvidia” bu ilin üçüncü rübündə bazar dəyərinə görə 5 trilyon dollara yaxınlaşarkən, Devid Tepper bu şirkətin səhmlərinə 150 min ədəd əlavə edib. Hazırda “Appaloosa” fondu 1,9 milyon ədəd NVDA səhminə sahibdir. Bu, fondun dördüncü ən böyük investisiyasıdır.

“Microsoft”

Sərmayəçi: Filip Lafont (“Coatue Management”)

Səhmlərin dəyəri: 2,4 milyard dollar

Portfeldə çəkisi: 5,9%

Filip Lafont Microsoft səhmlərini 2021-ci ildən etibarən portfelində saxlayır. Üçüncü rübdə isə bu səhmlərə əlavə 18% sərmayə qoyub. “Coatue Management” hal-hazırda 4,6 milyon ədəd MSFT səhminə malikdir. Bu, fondun ikinci ən böyük investisiyasıdır. Microsoft, eyni zamanda, “Dow Jones” indeksinə daxil olan şirkətlər arasında ən yüksək tövsiyə reytinqinə malik səhmdir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ötən ay təyin olunan icra başçısı işdən çıxarıldı

29.12.2025

Prezident ailəsi ilə birlikdə “Ağ Şəhər”də - YENİLƏNİB

29.12.2025

ARDNF-in investisiya portfelində qızılın payı 35%-ə çatdırılacaq

29.12.2025

"Samsung" "Galaxy S26"nın qiyməti ilə bağlı qərar verə bilmir

29.12.2025

Nazir özünə yeni müşavir təyin etdi

29.12.2025

"OpenAI" süni intellektin qaranlıq tərəfinə qarşı tədbir görür

29.12.2025

Azərbaycan bu ölkə ilə bəzi şəxsləri vizadan qarşılıqlı olaraq azad edib

29.12.2025

Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi ®

29.12.2025

Milyarderlərin üstünlük verdiyi səhmlər

29.12.2025

Rabitəbank Azərbaycanda islam bankçılığı üzrə mudaraba və murabaha məhsullarının tətbiqinə başlayır ®

29.12.2025

Təhsilə nə qədər investisiya ayrılıb? - Rəqəmlər

29.12.2025
Daha bir ölkə avroya keçir - 145 yaşlı milli valyuta tarixə qovuşur

Daha bir ölkə avroya keçir - 145 yaşlı milli valyuta tarixə qovuşur

29.12.2025

İcbari tibbi sığorta fondunun gələn il üçün büdcəsi təsdiqləndi

29.12.2025

Yaşayış minimumu artırıldı

29.12.2025

Buna görə 100 manat rüsum ödəyəcəksiniz

29.12.2025

Bu xidmətlərdən də ƏDV ala biləcəyik

29.12.2025

Evlərini kirayə verənlər üçün YENİLİK

29.12.2025

Sahibkarların sosial sığorta haqqı yeni qaydada hesablanacaq

29.12.2025

Onlar icbari tibbi sığorta haqqını özləri ödəyəcək

29.12.2025
İşçi xəstədirsə, işəgötürən onu işdən çıxara bilərmi?

İşçi xəstədirsə, işəgötürən onu işdən çıxara bilərmi?

29.12.2025

Məzənnə

Yüklənir...