Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi

Redaktor

29.12.2025 15:53
60

Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi ®

Qlobal biznes dünyasının ən nüfuzlu tribunalarından olan “Forbes Middle East” jurnalı bu dəfə diqqətini Azərbaycanın sürətlə dəyişən iqtisadi mənzərəsinə yönəldib. Bir ekosisteminin baş icraçı direktoru, Kapital Bank-ın Müşahidə Şurasının sədri Fərid Məmmədov nüfuzlu nəşrdə dərc olunan məqaləsində Azərbaycanın qeyri-neft sektorunun yüksəlişi və ölkənin regional innovasiya habına çevrilməsi vizyonunu təqdim edib. Məqalə sadəcə bir iqtisadi təhlil deyil, eyni zamanda Azərbaycanın qlobal rəqəmsal arenadakı yeni yerinin manifesti xarakteri daşıyır.

Yazıda Fərid Məmmədov ölkə iqtisadiyyatının şaxələndirilməsi fonunda maliyyə texnologiyalarının oynadığı həlledici rolu xüsusi vurğulayıb. O qeyd edib ki, Azərbaycan artıq resurs əsaslı iqtisadiyyatdan, bilik və texnologiya əsaslı yeni bir eraya keçid edir. Bu transformasiyanın dəstəkçilərindən biri də insanların həyat tərzini kökündən dəyişən, bankçılıq və gündəlik xidmətləri vahid çətir altında birləşdirən Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemidir. Müəllif məqaləsində rəqəmsal həllərin sadəcə biznes proseslərini deyil, cəmiyyətin maliyyə vərdişlərini necə müsbətə doğru dəyişdiyini qlobal auditoriyanın diqqətinə çatdırır.

Məqalənin ən yaddaqalan məqamlarından biri Fərid Məmmədovun gələcək vizyonu ilə bağlıdır: “Bizim hədəfimiz rəqəmsal xidmətlər təklif etməklə yanaşı, sərhədləri aşan və qlobal bazarlara inteqrasiya edə bilən dayanıqlı texnoloji infrastruktur qurmaqdır. Bu gün Azərbaycan regionda rəqəmsal inkişafın əsas liderlərindən biri kimi çıxış edir və innovasiya ixrac edən ölkəyə çevrilmək yolundadır”. Qeyd edək ki, Forbes nəşrində yer alan bu fikirlər Azərbaycanın investisiya cəlbediciliyini və texnoloji potensialını beynəlxalq işgüzar dairələrə çatdırmaq baxımından strateji əhəmiyyət daşıyır. 

Məqaləni oxumaq üçün link: http://www.b-b.az/frbs

Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem  Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.     

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ötən ay təyin olunan icra başçısı işdən çıxarıldı

29.12.2025

Prezident ailəsi ilə birlikdə “Ağ Şəhər”də - YENİLƏNİB

29.12.2025

ARDNF-in investisiya portfelində qızılın payı 35%-ə çatdırılacaq

29.12.2025

"Samsung" "Galaxy S26"nın qiyməti ilə bağlı qərar verə bilmir

29.12.2025

Nazir özünə yeni müşavir təyin etdi

29.12.2025

"OpenAI" süni intellektin qaranlıq tərəfinə qarşı tədbir görür

29.12.2025

Azərbaycan bu ölkə ilə bəzi şəxsləri vizadan qarşılıqlı olaraq azad edib

29.12.2025

Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi ®

29.12.2025

Milyarderlərin üstünlük verdiyi səhmlər

29.12.2025

Rabitəbank Azərbaycanda islam bankçılığı üzrə mudaraba və murabaha məhsullarının tətbiqinə başlayır ®

29.12.2025

Təhsilə nə qədər investisiya ayrılıb? - Rəqəmlər

29.12.2025
Daha bir ölkə avroya keçir - 145 yaşlı milli valyuta tarixə qovuşur

Daha bir ölkə avroya keçir - 145 yaşlı milli valyuta tarixə qovuşur

29.12.2025

İcbari tibbi sığorta fondunun gələn il üçün büdcəsi təsdiqləndi

29.12.2025

Yaşayış minimumu artırıldı

29.12.2025

Buna görə 100 manat rüsum ödəyəcəksiniz

29.12.2025

Bu xidmətlərdən də ƏDV ala biləcəyik

29.12.2025

Evlərini kirayə verənlər üçün YENİLİK

29.12.2025

Sahibkarların sosial sığorta haqqı yeni qaydada hesablanacaq

29.12.2025

Onlar icbari tibbi sığorta haqqını özləri ödəyəcək

29.12.2025
İşçi xəstədirsə, işəgötürən onu işdən çıxara bilərmi?

İşçi xəstədirsə, işəgötürən onu işdən çıxara bilərmi?

29.12.2025

Məzənnə

Yüklənir...