Redaktor
"OpenAI" süni intellektin qaranlıq tərəfinə qarşı tədbir görür
“OpenAI” süni intellekt modellərinin yarada biləcəyi potensial riskləri əvvəlcədən proqnozlaşdırmaq və bu risklərə qarşı şirkətin təhlükəsizlik strategiyasını formalaşdırmaq məqsədilə yeni Preparedness (hazırlıq) direktoru axtarışına başlayıb.
Valyuta.az xəbər verir ki, bu addım ChatGPT-nin istifadəçilərin psixi sağlamlığına təsirləri ilə bağlı artan tənqidlər və bəzi hüquqi proseslərdən sonra atılıb.
Psixi sağlamlıqla bağlı narahatlıqlar gündəmdədir
2025-ci il ərzində “OpenAI” ChatGPT-nin istifadəçilər üzərində psixoloji təsirləri ilə bağlı çoxsaylı ittihamlarla üzləşib. Bunlara yanlış yönləndirmə iddialarına əsaslanan və “haqsız ölüm” motivi ilə qaldırılan məhkəmə işləri də daxildir.
“OpenAI”nin baş icraçı direktoru Sem Altman “X” platformasında (keçmiş “Twitter”) paylaşımında süni intellekt modellərinin psixi sağlamlıq üzərində mümkün təsirlərinin 2025-ci ildə daha aydın şəkildə ortaya çıxdığını qəbul edib. Altman bu təsirlərin modellərin artan imkanları ilə birlikdə yaranan “real və ciddi çətinliklər” sırasında yer aldığını vurğulayıb.
“Çox kritik dövrdə çox kritik rol”
Sem Altmanın sözlərinə görə, Preparedness direktoru vəzifəsi şirkət üçün son dərəcə əhəmiyyətlidir. Altman bu vəzifəni “gərgin iş” kimi xarakterizə edərək, vəzifəyə başlayan şəxsin dərhal mürəkkəb və riskli proseslərin mərkəzinə düşəcəyini bildirib.
İş elanı məlumatına əsasən, bu vəzifə “OpenAI”nin Preparedness çərçivəsinin texniki strategiyasını və onun icrasını idarə etməyi nəzərdə tutur. Sözügedən çərçivə, qabaqcıl süni intellekt imkanlarının doğura biləcəyi ciddi zərər risklərinin izlənməsini və bu risklərə qarşı əvvəlcədən hazırlıq görülməsini hədəfləyir. Vəzifə üçün illik 555 min ABŞ dolları maaş və əlavə olaraq səhm opsiyonları təklif olunur.
Təhlükəsizlik komandasında tez-tez dəyişikliklər
“OpenAI”nin təhlükəsizlik və hazırlıq komandalarında son illərdə əhəmiyyətli dəyişikliklər baş verib. Şirkətin keçmiş Preparedness direktoru Aleksander Madri 2024-cü ilin iyul ayında başqa vəzifəyə təyin olunmuşdu. Həmin dövrdə Sem Altman bu məsuliyyətin menecerlər Xoakín Kinyonero Kandela və Liliyan Venq tərəfindən icra ediləcəyini açıqlamışdı.
Lakin bu struktur uzunömürlü olmayıb. Venq bir neçə ay sonra şirkətdən ayrılıb, Kandela isə 2025-ci ilin iyul ayında Preparedness komandasından çəkilərək “OpenAI”nin işə qəbul proseslərinə rəhbərlik etdiyini bildirib. Yeni direktor axtarışları da məhz bu boşluqdan sonra sürətlənib.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÖtən ay təyin olunan icra başçısı işdən çıxarıldı
29.12.2025Prezident ailəsi ilə birlikdə “Ağ Şəhər”də - YENİLƏNİB
29.12.2025ARDNF-in investisiya portfelində qızılın payı 35%-ə çatdırılacaq
29.12.2025"Samsung" "Galaxy S26"nın qiyməti ilə bağlı qərar verə bilmir
29.12.2025Nazir özünə yeni müşavir təyin etdi
29.12.2025"OpenAI" süni intellektin qaranlıq tərəfinə qarşı tədbir görür
29.12.2025Azərbaycan bu ölkə ilə bəzi şəxsləri vizadan qarşılıqlı olaraq azad edib
29.12.2025Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi ®
29.12.2025Milyarderlərin üstünlük verdiyi səhmlər
29.12.2025Rabitəbank Azərbaycanda islam bankçılığı üzrə mudaraba və murabaha məhsullarının tətbiqinə başlayır ®
29.12.2025Təhsilə nə qədər investisiya ayrılıb? - Rəqəmlər
29.12.2025
Daha bir ölkə avroya keçir - 145 yaşlı milli valyuta tarixə qovuşur
29.12.2025İcbari tibbi sığorta fondunun gələn il üçün büdcəsi təsdiqləndi
29.12.2025Yaşayış minimumu artırıldı
29.12.2025Buna görə 100 manat rüsum ödəyəcəksiniz
29.12.2025Bu xidmətlərdən də ƏDV ala biləcəyik
29.12.2025Evlərini kirayə verənlər üçün YENİLİK
29.12.2025Sahibkarların sosial sığorta haqqı yeni qaydada hesablanacaq
29.12.2025Onlar icbari tibbi sığorta haqqını özləri ödəyəcək
29.12.2025