Redaktor
Daha bir ölkə avroya keçir - 145 yaşlı milli valyuta tarixə qovuşur
Təxminən 145 illik tarixə malik Bolqarıstan levi ölkənin gələn il Avrozonaya daxil olması ilə dövriyyədən çıxacaq və yerini avroya verəcək.
Valyuta.az xəbər verir ki, ilk dəfə 1881-ci ildə çap edilərək tədavülə buraxılan Bolqarıstan levi 1 yanvar 2026-cı ildən etibarən rəsmi pul vahidi statusunu itirəcək.
Bolqarıstanın Avropa İttifaqına üzvlüyü çərçivəsində birliyin ortaq pul vahidi olan avroya keçid prosesi 1 yanvar 2026-cı ildə başlayacaq. Bununla da ölkədə yerli pul vahidi olan Bolqarıstan levinin istifadəsi dayandırılacaq və avro tədavülə buraxılacaq.
Bolqarıstan avroya keçdikdən sonra bir ay müddətində ölkədə həm lev, həm də avro paralel şəkildə dövriyyədə olacaq. Bu müddət başa çatdıqdan sonra levin istifadəsi tam dayandırılacaq. Bununla belə, vətəndaşlar əllərində olan pulları müəyyən edilmiş sabit məzənnə üzrə vaxt məhdudiyyəti olmadan avroya dəyişdirə biləcəklər.
İyul ayında Aİ-yə üzv ölkələrin Bolqarıstanın 1 yanvar 2026-cı ildə avroya keçidini təsdiqləməsi ölkədə müsbət qarşılanmışdı. Baş nazir Rosen Jelyazkov mətbuata açıqlamasında bildirmişdi: "Biz buna nail olduq. Bolqarıstan 1 yanvar 2026-cı ildən etibarən avroya keçəcək. Bu uğura töhfə verən bütün qurumlara təşəkkür edirəm".
Bolqarıstanın maliyyə naziri Temenujka Petkova isə Avrozonaya keçiddən sonra 1 avronun məzənnəsinin 1,95583 lev səviyyəsində müəyyən ediləcəyini və bu göstəricinin sabit saxlanılacağını açıqlayıb.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÖtən ay təyin olunan icra başçısı işdən çıxarıldı
29.12.2025Prezident ailəsi ilə birlikdə “Ağ Şəhər”də - YENİLƏNİB
29.12.2025ARDNF-in investisiya portfelində qızılın payı 35%-ə çatdırılacaq
29.12.2025"Samsung" "Galaxy S26"nın qiyməti ilə bağlı qərar verə bilmir
29.12.2025Nazir özünə yeni müşavir təyin etdi
29.12.2025"OpenAI" süni intellektin qaranlıq tərəfinə qarşı tədbir görür
29.12.2025Azərbaycan bu ölkə ilə bəzi şəxsləri vizadan qarşılıqlı olaraq azad edib
29.12.2025Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi ®
29.12.2025Milyarderlərin üstünlük verdiyi səhmlər
29.12.2025Rabitəbank Azərbaycanda islam bankçılığı üzrə mudaraba və murabaha məhsullarının tətbiqinə başlayır ®
29.12.2025Təhsilə nə qədər investisiya ayrılıb? - Rəqəmlər
29.12.2025
Daha bir ölkə avroya keçir - 145 yaşlı milli valyuta tarixə qovuşur
29.12.2025İcbari tibbi sığorta fondunun gələn il üçün büdcəsi təsdiqləndi
29.12.2025Yaşayış minimumu artırıldı
29.12.2025Buna görə 100 manat rüsum ödəyəcəksiniz
29.12.2025Bu xidmətlərdən də ƏDV ala biləcəyik
29.12.2025Evlərini kirayə verənlər üçün YENİLİK
29.12.2025Sahibkarların sosial sığorta haqqı yeni qaydada hesablanacaq
29.12.2025Onlar icbari tibbi sığorta haqqını özləri ödəyəcək
29.12.2025