“İş yoldaşlarının rəhbərliyə gətirilməsi kollektivdə psixoloji çətinliklər yarada bilər”

Redaktor

06.02.2026 15:08
321

“İş yoldaşlarının rəhbərliyə gətirilməsi kollektivdə psixoloji çətinliklər yarada bilər”

Bəzən rəhbər seçilərkən şirkətin içindən seçilir ki, o artıq şirkətin iş prosesini, mexanizmini bilir.  Amma işçilərin rəhbər seçilən iş yoldaşını rəhbər kimi qəbul etməsi çətin olur, rəhbər gözü ilə görə bilmirlər. Şirkət içindən rəhbər seçmək nə dərəcə də düzgündür? Bu zaman nələr nəzərə alınmalıdır?

Valyuta.az-a danışan SAT Group şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov bildirir ki, şirkət daxilindən rəhbər seçilməsi bir sıra mühüm nüansları ehtiva edir.

Onun sözlərinə görə, daxili kadrın rəhbər vəzifəyə irəli çəkilməsinin əsas müsbət tərəflərindən biri əməkdaşın şirkətə bağlılığının artmasıdır: “İşçi öz inkişaf yolunu həmin qurum daxilində görə bildikdə motivasiyası yüksəlir. Bu yanaşma eyni zamanda digər əməkdaşlara da açıq mesaj verir ki, şirkətdə real nəticə göstərən və əməyilə seçilən şəxslər irəli çəkilir. Bu, yalnız şüar olaraq deyil, praktikada tətbiq edildikdə daha təsirli olur”.

Ekspert deyir ki, istər rəhbər kənardan gəlsin, istərsə də daxildən seçilsin, hər iki halda onun üçün ciddi rəhbərlik sınağı başlayır: “Xüsusilə eyni şöbədə uzun müddət birgə çalışmış əməkdaşlardan birinin statusunun dəyişməsi kollektivdə psixoloji çətinliklər yarada bilər. Bu vəziyyətdə yalnız rəsmi təyinatla işçilərin onu rəhbər kimi qəbul edəcəyini gözləmək düzgün yanaşma deyil”.

Anar Bayramov Müşahidə Şurasının sədri oldu

A.Bayramovun fikrincə, bu mərhələdə əsas məsələ ədalət prinsipidir: “İşçilər başa düşməlidirlər ki, rəhbər təyinatı hansı meyarlara və nəticələrə əsasən həyata keçirilib. Bu anlayış formalaşdıqdan sonra prosesin uğuru artıq seçilmiş rəhbərin davranışından asılı olur”.

Ekspert əlavə edir ki, yeni rəhbər komanda ilə ünsiyyəti düzgün qurmalı, vəzifə dəyişikliyindən sonra münasibətlərdə kəskin dəyişiklik yaratmamalıdır: “Kommunikasiya “biz bir komandayıq və ümumi hədəflərə birlikdə çatırıq” prinsipi üzərində qurulmalıdır. Dostcasına münasibətlə tələbkarlıq arasında balansın qorunması çətin olsa da, açıq və səmimi ünsiyyət bu tarazlığı təmin edir”.

Ekspert son olaraq qeyd etdi ki, demokratik idarəetmə modeli yalnız insani münasibətlər və sərbəstliklə deyil, eyni zamanda aydın tələblərlə effektiv olur: “Xüsusilə rəhbərliyin ilk günlərində diqqətli davranmaq, süni məsafə saxlamamaq vacibdir. Çünki süni məsafə etimadın azalmasına və kollektiv daxilində əlavə problemlərin yaranmasına səbəb ola bilər”.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi

10.03.2026

Məzənnə

Yüklənir...