İlon Maskın süni intellekti "Grok" yenidən müzakirələrin mərkəzində

Redaktor

26.02.2025 01:33
271

İlon Maskın süni intellekti "Grok" yenidən müzakirələrin mərkəzində

İlon Maskın süni intellekti "Grok" Donald Tramp və Mask haqqında məlumat verərkən gözlənilməz şəkildə cavab verməkdən imtina edib. Bəs bu hadisə necə və niyə baş verib?

Valyuta.az xəbər verir ki, İlon Maskın "ChatGPT"yə rəqib olaraq inkişaf etdirdiyi "Grok" "xAI"nin mühəndislik direktoru İqor Babuşkinin sözlərinə görə, müvəqqəti olaraq "İlon Mask-Donald Tramp haqqında mənbələr yanlış məlumat yayır" ifadəsinə cavab verməkdən imtina edib. 

"Grok" istifadəçiləri çatbotun bu mövzuya dair cavab verməməsi üçün yönləndirildiyini anlayandan sonra Babuşkin "Grok"un sistem təlimatlarını icazəsiz şəkildə yeniləyən keçmiş "OpenAI", yeni isə "Grok" əməkdaşını günahlandırıb.

X platformasında suallara cavab verən Babuşkin "Grok"un sistem təlimatının (bir süni intellektin sorğulara necə cavab verəcəyini müəyyən edən daxili qaydalar) açıq olduğunu bildirib. O, istifadəçilərin "Grok"a verilən sualları görməsinin vacib olduğunu düşündüklərini qeyd edib. 

Babuşkinin sözlərinə görə, bir əməkdaş bu sistem təlimatını dəyişib, çünki bunun faydalı olacağını düşünüb, lakin bu, onların dəyərləri ilə qətiyyən üst-üstə düşməyib.

Mask "Grok"u "maksimum həqiqət axtaran" və "kainatı anlamağı" missiya kimi qəbul edən bir süni intellekt kimi təsvir edir. "Grok-3" modelinin təqdimatından sonra çatbot Tramp, Mask və vitse-prezident Cey Di Vensin "Amerikaya ən çox zərər verən şəxslər" olduğunu bildirib. Maskın mühəndisləri, həmçinin "Grok"un "Mask və Trampın edamı haqlı olardı" deməsinin qarşısını almaq üçün müdaxilə etməyə məcbur qalıb.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
 “1.000 manatlıq məhsul itirən şirkət 10.000 manatlıq əlavə satış etməlidir”

“1.000 manatlıq məhsul itirən şirkət 10.000 manatlıq əlavə satış etməlidir”

06.03.2026

Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşdı

06.03.2026
Azərbaycanlı gənclər restoranlara qazandıran startap yaradıblar

Azərbaycanlı gənclər restoranlara qazandıran startap yaradıblar

06.03.2026

"Avromed" 16 milyonluq tenderi uddu

06.03.2026

Avro bahalaşarkən rubl dəyər itirir

06.03.2026

Əmtəə bazarlarında qızılın qiyməti artır

06.03.2026

Rəhbər vəzifəni tərk edib öz biznesini qurdu - SƏHƏR OXUSU

06.03.2026

Mobil oyun studiyası "Cheer Games" 4,5 milyon dollar investisiya cəlb edib

05.03.2026

Sərvət qazanmağın sadə, amma vacib 3 addımı

05.03.2026

Milyarder Larri Ellisonun daşınmaz əmlak portfeli - Florida, Yaponiya, Havayda əmlakları var

05.03.2026

Bakıda "Oracle" Mükəmməllik Mərkəzi yaradılacaq

05.03.2026

"Google" və "Epic Games" arasında illərdir davam edən mübahisə bitdi

05.03.2026

İranda kriptovalyuta bazarında vəsait çıxarışı 700% artıb

05.03.2026

Neftin 10 dollar bahalaşması Azərbaycanın ixrac gəlirlərini 3 mlrd. dollar artırır

05.03.2026

“Azərişıq”dan 6 milyon manatlıq SİFARİŞ

05.03.2026

“Unleash” 35 milyon dollar investisiya alıb

05.03.2026

"İran Naxçıvana 4 PUA ilə hücum edib" - MN

05.03.2026

Xaricə səfər edənlərin sığortası üzrə yığımlar 80%-ə yaxın artıb

05.03.2026

Naxçıvana alternativ reyslər təşkil olunub - AZAL

05.03.2026

Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar

05.03.2026

Məzənnə

Yüklənir...