İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib

Redaktor

06.02.2026 11:47
161

İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Valyuta.az xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, yüksək səviyyələrdə müxtəlif təmasların ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Məsud Pezeşkianın ötən il Azərbaycana rəsmi səfərinin uğurlu keçdiyini və yaxşı nəticələrin əldə olunduğunu vurğulayan Prezident İlham Əliyev bu səfərdən sonra əlaqələrimizin inkişaf etdiyini bildirdi.

Dövlətimizin başçısı hazırda dünyanın bir çox yerində müharibə və münaqişələrin davam etdiyini vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda artıq sülhün bərqərar olduğunu dedi, bunun həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd olan İran üçün böyük əhəmiyyət daşıdığına əminliyini bildirdi. "Biz istəyirik ki, bütün dünyada sülh olsun, qan tökülməsin, müharibələr olmasın" deyən Azərbaycan Prezidenti ölkəmizin timsalında müharibədən sülhə keçid modelinin nümayiş olunduğunu vurğuladı.

Dövlətimizin başçısı bildirdi ki, İran Prezidenti ilə telefon danışığı zamanı qeyd etdiyi kimi Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır.

Qəbula görə minnətdarlığını bildirən Əziz Nəsirzadə ilk növbədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkəmizə İranın dövlət başçısının göstərişi ilə səfərə gəldiyini deyən qonaq Məsud Pezeşkianın Azərbaycana böyük təəssübkeşlik nümayiş etdirdiyini vurğuladı. O, həmçinin qeyd etdi ki, İran Prezidenti ölkəmizə, o cümlədən Xankəndiyə səfərlərini böyük məmnunluq hissi ilə xatırlayır.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin inkişafı qeyd olundu, müdafiə sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
"Fed" ilin ikinci faiz qərarını açıqladı

"Fed" ilin ikinci faiz qərarını açıqladı

18.03.2026

İlham Əliyevin Xanoba sakinləri ilə görüşündən görüntülər - VİDEO

18.03.2026

Dünyanın ən bahalı 10 lüks avtomobili - Onlardan birini almaq üçün ən azı 2,4 milyon dollar tələb olunur

18.03.2026

"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur

18.03.2026

Növbəti 5 ildə dünyada batareyalar üçün vacib olan bir metal çatışmayacaq

18.03.2026

Ferrari "Amalfi Spider" modelini təqdim edib

18.03.2026

Mərkəzi Bank “PAŞA Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələyib

18.03.2026

Zibilxanalardakı xəzinələr: Kompüterlərdən serum vasitəsilə qızıl çıxarmaq olacaq

18.03.2026

ABŞ-dan Azərbaycana birbaşa investisiyalar 36,4% artıb

18.03.2026

ABB xarici bankda nəzarət səhm paketi alır

18.03.2026

Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlandı

18.03.2026

Bakıda bu küçələrdə köhnə binalar söküləcək - SİYAHI

18.03.2026

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - FOTOLAR

18.03.2026

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 20%-ə yaxın artıb

18.03.2026

Azərbaycan əhalisinin sayı açıqlandı

18.03.2026

AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi ®

18.03.2026

"Fed" bu axşam növbəti faiz qərarını açıqlayacaq

18.03.2026

Dövlət qulluqçuları üçün bu müavinət də ləğv edilir

18.03.2026

2026-cı ildə Çinin ən varlı 10 milyarderi

18.03.2026

Rusiya vətəndaşı Azərbaycanda 21 min manatlıq şirkət yaradıb

18.03.2026

Məzənnə

Yüklənir...