Hörmüz boğazının blokadası dünyada iqtisadi inkişafın 2,9% azalmasına səbəb ola bilər

Redaktor

21.03.2026 20:30
84

Hörmüz boğazının blokadası dünyada iqtisadi inkişafın 2,9% azalmasına səbəb ola bilər

Hörmüz boğazının blokadası dünyada iqtisadi inkişafın 2,9% azalmasına səbəb ola bilər.

“Bloomberg“ bununla bağlı Dallas Federal Ehtiyatlar Bankına istinadən məlumat yayıb.

Bankın hesabatına əsasən, əgər Hörmüz boğazının blokadası iyun ayının sonuna qədər davam edərsə, ikinci rübdə dünyada iqtisadi artımı illik ifadədə 2,9 faiz bəndi azalacaq.

Boğaz fevralın 28-dən etibarən — ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanmasından sonra beynəlxalq dəniz nəqliyyatı üçün faktiki olaraq bağlıdır. Texas neftinin (WTI) barelinin qiyməti artıq 97 dolları keçib. Dallas Federal Ehtiyatlar Bankının tədqiqatçıları blokadanın müddətindən asılı olaraq bir neçə ssenari hazırlayıblar. Əgər bir rübdən sonra dəniz nəqliyyatı bərpa olunsa, neftin bir barelinin qiyməti 68 dollara düşəcək və ÜDM-in artım tempi 2,2 faiz bəndi artacaq. İki rüblük blokada üçün üçüncü rübdə neftin qiyməti 115 dollara qalxacaq, ilin sonuna isə 76 dollara enəcək. Boğaz üç rüb bağlı qalsa, ilin sonuna 1 barel neftin qiyməti 132 dollara çata bilər.

İqtisadiyyata təsir yalnız neftin qiymətinin artması ilə bağlı deyil. “Bloomberg“ yazır ki, bu, həm də istehlakçı tələbinə mənfi təsir göstərir. ABŞ vətəndaşları yanacağın bahalaşması səbəbindən digər xərcləri azaldır, səyahətlərini məhdudlaşdırır və yanacaq doldurmaq üçün növbələrdə dayanırlar. Tarixdə ilk dəfə ABŞ-da dizel yanacağının qalonunun orta qiyməti 5 dolları keçib.

Eyni zamanda İranın “kölgə donanması” Hörmüz boğazı vasitəsilə neft tədarükünü davam etdirir, halbuki digər ölkələr üçün boğaz faktiki olaraq bağlıdır.

Gəmilərin izlənilməsi servisləri “TankerTrackers” və “Kpler”-in məlumatına görə, müharibənin başlanmasından bəri İran gündə təxminən 1,1–1,5 milyon barel neft ixrac edib.

©Apa

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Hörmüz boğazının blokadası dünyada iqtisadi inkişafın 2,9% azalmasına səbəb ola bilər

21.03.2026

Bayram günlərində bu yollarda təmir işləri aparılacaq - Siyahı

21.03.2026

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

21.03.2026

Şimşək çaxacaq, yağış yağacaq, duman olacaq

21.03.2026

Neftimizin qiyməti bahalaşıb

21.03.2026

Azərbaycan pambıq ipliyi istehsalını 63%-dən çox artırıb

21.03.2026

Satıcı 1,5 milyon avroluq uduşu qazanan müştərini aldadıb

21.03.2026

2 dəqiqə ərzində yuxuya getmək üçün “Hərbi yuxu metodu”

20.03.2026

Azərbaycanda bankdan 400 min manat ələ keçirən Rusiya vətəndaşı həbs edildi

20.03.2026

Nazir müavini təyin olunan Rəşad Həsənov kimdir? - DOSYE

20.03.2026

Bu çağırışçılar 1 il müddətinə zabit kimi orduda xidmət edəcək

20.03.2026

Çoxfunksiyalı süni intellekt köməkçisi “Monica” istifadəyə verildi

20.03.2026

ABŞ və Yaponiya arasında 73 milyard dollarlıq razılaşma

20.03.2026

İlham Əliyev və Şahbaz Şərif telefonla danışdı

20.03.2026

Çox işləyib, az maaş alırsınızsa, bu problemləri həll etməlisiniz

20.03.2026

Azərbaycan neftinin qiyməti 123 dollara yaxınlaşıb

20.03.2026

2026-cı ildə bəzi ölkələr köçənlərə pul verir – Siyahı açıqlanıb

20.03.2026

İki qardaşın davası nəhəng brend yaratdı - SƏHƏR OXUSU

20.03.2026

Geyimlərə çəkilən xərc 68 milyonu keçdi

19.03.2026

Tim Kuk açıqladı: "Apple"dan ayrılacaq?

19.03.2026

Məzənnə

Yüklənir...