Bayram günlərində bu yollarda təmir işləri aparılacaq

Redaktor

21.03.2026 17:10
78

Bayram günlərində bu yollarda təmir işləri aparılacaq - Siyahı

Bayramla əlaqədar qeyri-iş günlərində 42 ünvanda təmir işləri aparılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, işlər vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar yol infrastrukturunun təkmilləşdirilməsi məqsədilə həyata keçiriləcək.

Təmir işləri paytaxtın bir sıra avtomobil yollarında 23 mart 2026-cı il saat 08:00-dan 30 mart 2026-cı il saat 22:00-dək aparılacaq.

Məlumata görə, təmir ilə əlaqədar hərəkət bağlanmayacaq, məhdudiyyətlər yalnız təmir işləri aparılan zolaqlar üzrə tətbiq ediləcək.

Agentlik tərəfindən təmir işləri ümumilikdə 42 ünvanda aparılacaq. Təmir olunacaq küçələrin ümumi sahəsi 151 849 kv.m təşkil edir.

Təmir aparılacaq küçə və yolların siyahısı:

1. Heydər Əliyev prospekti (“Ramstore” körpüsündən Heydər Əliyev Beynəlxalq Hava Limanı körpüsünədək)

2. 8 Noyabr prospekti (Yusif Səfərov küçəsindən C.Naxçıvanski adına Hərbi Liseyədək)

3. Ziya Bünyadov prospekti (“20 Yanvar” metrostansiyasından “Koroğlu” qovşağınadək)

4. Babək prospekti (“Ramstore” körpüsündən Lütfi Zadə küçəsinədək)

5. İnşaatçılar prospekti (İzmir küçəsindən Hüseyn Cavid prospektinədək)

6. Tbilisi prospekti (Abbasqulu ağa Bakıxanov küçəsindən “20 Yanvar” metrostansiyasınadək)

7. Nəriman Nərimanov prospekti

8. Bayraq meydanına gedən yol (Azneft meydanından Əhəd Yaqubov küçəsinədək)

9. Hüseyn Cavid prospekti (Abdürrahim bəy Haqverdiyev küçəsindən Mikayıl Müşfiq küçəsinədək)

10. Abbas Mirzə Şərifzadə küçəsi (Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinədək)

11. İzmir küçəsi

12. Koroğlu Rəhimov küçəsi (Təbriz küçəsindən Həsən Əliyev küçəsinədək)

13. Fətəli xan Xoyski küçəsi (“Gənclik” metrostansiyasından Əliyar Əliyev küçəsinədək)

14. Atletlər kəndinə gedən yol (Heydər Əliyev prospektindən Xəlil Rza Ulutürk küçəsinədək)

15. Salyan şosesi (“Bibiheybət” məscidindən Bakı kənar dairəvi yolunadək)

16. Bakı Dairəvi I avtomobil yolu

17. Zığ şosesi (beton yol)

18. Abbasqulu ağa Bakıxanov küçəsi (İzmir küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək)

19. Rəşid Behbudov küçəsi (Neftçilər prospektindən Abbasqulu ağa Bakıxanov küçəsinədək)

20. Yusif Səfərov küçəsi

21. Üzeyir Hacıbəyli küçəsi

22. Zərifə Əliyeva küçəsi

23. Mehdi Hüseyn küçəsi (Cəfərov qardaşları küçəsindən Şeyx Şamil küçəsinədək)

24. Şeyx Şamil küçəsi (İstiqlaliyyət küçəsindən Mehdi Hüseyn küçəsinədək)

25. Vaqif küçəsi (“Gənclik” metrostansiyasından Səməd Vurğun küçəsinədək)

26. Səməd Vurğun küçəsi (Yusif Vəzir Çəmənzəminli küçəsindən Neftçilər prospektinədək)

27. Pirşağı–Bilgəh avtomobil yolu (Pirşağı hövzəsi üzrə qəbuledici kanalizasiya kollektorunun tikintisi layihəsi)

28. Təbriz küçəsi (Əliyar Əliyev küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək)

29. Bibiheybət şosesi

30. Azər Məmmədov küçəsi (Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsi)

31. Yeni Günəşli qəsəbəsi, İlqar Musayev küçəsi

32. Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi

33. Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi

34. Binə qəsəbəsi, Hicran Hasilov küçəsi

35. Qala dördyol ayrıcından Zığ–Heydər Əliyev Beynəlxalq Hava Limanı yoluna gedən hissə

36. Qala–Pirallahı yolundan Zirə qəsəbəsinə gedən yol

37. Pirallahı qəsəbəsi, Süleyman Bağırov küçəsi

38. Novxanı–Pirşağı yolu

39. Xırdalan dairəsi–Binəqədi yolu

40. Balaxanı–Binəqədi yolu

41. Binəqədi–Novxanı yolu

42. Lökbatan–Güzdək yolu (1–9-cu km)

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir ərazilərində hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və ərazilərdə quraşdırılacaq müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – məlumatda qeyd olunub.

©Trend

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Hörmüz boğazının blokadası dünyada iqtisadi inkişafın 2,9% azalmasına səbəb ola bilər

21.03.2026

Bayram günlərində bu yollarda təmir işləri aparılacaq - Siyahı

21.03.2026

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

21.03.2026

Şimşək çaxacaq, yağış yağacaq, duman olacaq

21.03.2026

Neftimizin qiyməti bahalaşıb

21.03.2026

Azərbaycan pambıq ipliyi istehsalını 63%-dən çox artırıb

21.03.2026

Satıcı 1,5 milyon avroluq uduşu qazanan müştərini aldadıb

21.03.2026

2 dəqiqə ərzində yuxuya getmək üçün “Hərbi yuxu metodu”

20.03.2026

Azərbaycanda bankdan 400 min manat ələ keçirən Rusiya vətəndaşı həbs edildi

20.03.2026

Nazir müavini təyin olunan Rəşad Həsənov kimdir? - DOSYE

20.03.2026

Bu çağırışçılar 1 il müddətinə zabit kimi orduda xidmət edəcək

20.03.2026

Çoxfunksiyalı süni intellekt köməkçisi “Monica” istifadəyə verildi

20.03.2026

ABŞ və Yaponiya arasında 73 milyard dollarlıq razılaşma

20.03.2026

İlham Əliyev və Şahbaz Şərif telefonla danışdı

20.03.2026

Çox işləyib, az maaş alırsınızsa, bu problemləri həll etməlisiniz

20.03.2026

Azərbaycan neftinin qiyməti 123 dollara yaxınlaşıb

20.03.2026

2026-cı ildə bəzi ölkələr köçənlərə pul verir – Siyahı açıqlanıb

20.03.2026

İki qardaşın davası nəhəng brend yaratdı - SƏHƏR OXUSU

20.03.2026

Geyimlərə çəkilən xərc 68 milyonu keçdi

19.03.2026

Tim Kuk açıqladı: "Apple"dan ayrılacaq?

19.03.2026

Məzənnə

Yüklənir...