Redaktor
Hansı sahibkarlara banklar daha çox biznes krediti verir? - MƏBLƏĞLƏR
2025-ci ilin dekabr ayının sonuna biznes portfeli 16 milyard 106,3 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 319,1 milyon manat və ya 8,92% çoxdur. 2024-cü ilin 31 dekabr tarixinə biznes portfelinin həcmi 14 milyard 787,2 milyon manat olub.
Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə nəzər saldıqda, iri sahibkarlığa yönəldilən vəsaitin 2025-ci ilin hesabat dövrünə 8 milyard 550,2 milyon manat təşkil etdiyi görünür. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 252,9 milyon manat və ya 3,04% artım deməkdir. Ötən ilin müvafiq dövründə iri sahibkarlığa ayrılan vəsait 8 milyard 297,3 milyon manat olub.
Orta sahibkarlığa ayrılan vəsaitdə daha nəzərəçarpan artım qeydə alınıb. Belə ki, 2025-ci ildə orta sahibkarlığa 2 milyard 289 milyon manat kredit yönəldilib. 2024-cü ildə bu göstərici 1 milyard 834 milyon manat olub ki, bu da illik müqayisədə 455 milyon manat və ya 24,8% artım deməkdir.
Kiçik sahibkarlığa ayrılan vəsait isə 1 milyard 706,9 milyon manat təşkil edib. Bu, 2024-cü ilin 1 milyard 548,6 milyon manatı ilə müqayisədə 158,3 milyon manat və ya 10,22% çoxdur.
Mikro sahibkarlığa yönəldilən vəsaitdə də artım müşahidə olunub. Mikro sahibkarlıq subyektlərinə ayrılan biznes kreditləri 3 milyard 107,3 milyon manatdan 3 milyard 560,1 milyon manata yüksəlib. Beləliklə, mikro sahibkarlıq üzrə artım 452,8 milyon manat və ya 14,57% olub.
| Sahibkarlıq subyekti | 2025-ci il (mln manat) | 2024-cü il (mln manat) | Artım, (mln manat) | Artım, % |
|---|---|---|---|---|
| Ümumi biznes portfeli | 16 106,30 | 14 787,20 | 1 319,10 | 8,92 |
| İri sahibkarlıq | 8 550,20 | 8 297,30 | 252,9 | 3,04 |
| Orta sahibkarlıq | 2 289 | 1 834 | 455 | 24,8 |
| Kiçik sahibkarlıq | 1 706,90 | 1 548,60 | 158,3 | 10,22 |
| Mikro sahibkarlıq | 3 560,10 | 3 107,30 | 452,8 | 14,57 |
| 28.01.2026 |
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMaaş qədər işləmək tənbəllikdir?
29.01.2026Cərimənin məcburi qaydada tutulması qaydası dəyişir
29.01.2026AMB: BOKT-lar son 3 ildə 86 milyon manatlıq istiqraz buraxıb
29.01.2026Bu şəxslərə maaşının 3 qatı qədər müavinət ödəniləcək
29.01.2026Azərbaycan nefti bahalaşıb
29.01.2026Evdən işləyən işçi şirkətə az fayda verir?
29.01.2026Qızılın qiyməti 5 500 dollar həddini keçdi
29.01.2026"Xalq Həyat"ın sığorta ödənişlərində 1 milyondan çox azalma
29.01.2026Avro və rubl ucuzlaşıb
29.01.2026