Redaktor
Gürcüstan və Çin nümayəndə heyətləri Orta Dəhlizin inkişaf perspektivlərini müzakirə ediblər
Tbilisidə səfərdə olan “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının baş direktorunun müavini Sun Suyudenin başçılıq etdiyi nümayəndə heyəti “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin baş direktoru David Peradze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının Gürcüstan, Azərbaycan və Qazaxıstanla birgə işləmək istəyi, Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış "Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaq niyyəti diqqət mərkəzində olub.
Çin tərəfi bəyan edib ki, onların məqsədi Orta Dəhliz üzrə Çindən konteyner daşımalarının səmərəli əlaqələndirilməsi, tariflərin şəffaflığı və sabit sistemin yaradılmasıdır.
“Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David Peradze Çinin Orta Dəhlizin inkişafı üzrə yaradılan birgə müəssisəyə qoşulmaq istəyini dəstəkləyib.
Bildirilib ki, birgə əməkdaşlıq Orta Dəhliz üzrə yükdaşımaların həcminin artırılmasında, şəffaflığın təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərRusiyaya məhsul ixracında milyardlıq azalma
17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu
17.03.2026Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr
17.03.2026Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb
17.03.2026Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb
17.03.2026Bakı üçün yeni seriya buraxıldı
17.03.2026Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?
17.03.2026İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu
17.03.2026Emil Əhmədov müavin təyin edildi
17.03.2026Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
17.03.2026