Günahkar süni intellektdir: 2026-cı ildə smartfonlar ya daha pis, ya da 30 faiz baha olacaq

Redaktor

16.01.2026 11:31
46

Günahkar süni intellektdir: 2026-cı ildə smartfonlar ya daha pis, ya da 30 faiz baha olacaq

“Nothing” şirkətinin baş icraçı direktoru Karl Pey 2026-cı ildə smartfon bazarında ciddi dəyişikliklərin baş verəcəyi barədə xəbərdarlıq edib. 

Valyuta.az xəbər verir ki, onun sözlərinə görə, istehsalçılar iki seçim qarşısında qalacaq: ya cihazların qiymətini təxminən 20–30 faiz artırmaq, ya da texniki xüsusiyyətləri zəiflətmək.

Karl Pey X platformasında “Növbəti smartfonunuz niyə daha bahalı olacaq” başlıqlı geniş paylaşım edərək, istehlakçı elektronikası bazarında yaranmış çətin vəziyyəti izah edib. O bildirib ki, operativ yaddaş (DRAM) və fləş yaddaş daşıyıcılarının (NAND) qiymətlərində kəskin artım müşahidə olunur.

Qiymətləndirmələrə əsasən, bir il əvvəl 20 ABŞ dollarından ucuz olan bəzi komponentlər 2026-cı ilin sonuna qədər minimum 100 dollara qalxacaq. Bu bahalaşma süni intellekt infrastrukturunun sürətli inkişafı ilə əlaqələndirilir. Böyük texnoloji şirkətlər məlumat mərkəzləri üçün yaddaş istehsalının böyük hissəsini əvvəlcədən rezerv edir, bu isə smartfon istehsalçıları üçün mövcud həcmləri azaldaraq qiymətlərin yüksəlməsinə səbəb olur.

Nəticədə istehsalçıların qarşısında cəmi iki yol qalır: cihazların pərakəndə qiymətini 20 faiz və daha çox artırmaq və ya əvvəlki qiymət səviyyəsini qorumaq üçün yeni modellərin texniki göstəricilərini azaltmaq. Karl Pey vurğulayıb ki, məhz bu səbəbdən illərdir davam edən, qiymət artımı olmadan hər il daha yaxşı smartfonlar təqdim etmək modeli “dağılıb” və bu, sənayedə oyun qaydalarını dəyişir.

“Nothing” şirkəti də istisna olmayacaq. Şirkət 2026-cı ilin birinci rübündə təqdim etməyi planlaşdırdığı smartfonların daha bahalı olacağını artıq təsdiqləyib. Bunun səbəbi isə keyfiyyətdən imtina etməmək və zəifləşdirilmiş xüsusiyyətlər əvəzinə daha sürətli yaddaş texnologiyasına — UFS 3.1 — keçmək istəkləridir.

Bu dəyişikliklər ilk növbədə münasib qiymətli və orta seqment smartfonlara təsir edəcək. Məhz bu seqmentdə uzun illər ucuz qiymətə güclü texniki göstəricilər uğrunda sərt rəqabət gedirdi. Karl Pey bildirir ki, 2026-cı il “xüsusiyyətlər yarışının bitdiyi il” kimi yadda qalacaq.

Bununla belə, Pey mövcud vəziyyəti “Nothing” üçün fürsət adlandırır. Onun sözlərinə görə, şirkət heç vaxt yalnız texniki göstəricilərə güvənməyib, əsas diqqəti istifadəçi təcrübəsi və dizayna yönəldib.

Ekspertlər əlavə edirlər ki, davam edən böhran fonunda istifadəçilər təkcə smartfonların deyil, yaddaşdan asılı olan digər cihazların — noutbukların və SSD-lərin də bahalaşması ilə üzləşə bilər. Mövcud tendensiyanın ən azı 2028-ci ilə qədər davam edəcəyi gözlənilir.

Paşa Məmmədli

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu kollecə direktor təyin edildi

16.01.2026

Şirkətə tətbiq olunan cərimə işçidən tutula bilərmi?

16.01.2026

“Endirim biznes üçün təhlükəli ola bilir”

16.01.2026

Bakı və Abşeronda məcburi köçürmələr - Kompensasiya hansı əsaslarla ödəniləcək? - DETALLAR

16.01.2026

Bakıda mobil internetin vəziyyəti necədir?

16.01.2026

Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilib

16.01.2026
“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

16.01.2026

“Bank Respublika”nın nağd vəsaitləri 23% azalıb

16.01.2026

Azərbaycanda orta aylıq əməkhaqqı açıqlandı - 9% artıb

16.01.2026

Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi

16.01.2026

İşçilər iş yerində kamera və səs yazısı ilə izlənilə bilərmi? - Hüquqşünas açıqladı

16.01.2026

İnternetin köhnə nəhəngi yuxudan oyandı, geri döndü

16.01.2026

Peşəkar səviyyəli kibertəhdid: "Linux" tarixində görünməmiş casus proqramı 

16.01.2026

Süni intellekt alət olmaqdan çıxır, iş ortağına çevrilir - 7 tendensiya açıqlandı

16.01.2026

Minimum maaş Azərbaycanda 21 ildə nə qədər artıb? - CƏDVƏL

16.01.2026

Yeni strategiya nəticə verdi: AFB Bank 2025-ci ildə 43,3% böyüdü! ®

16.01.2026

Sığorta şirkətlərinin ən az ödəniş etdiyi sığorta növləri - CƏDVƏL

16.01.2026

Azərbaycan mobil internet sürətinə görə neçənci yerdədir?

16.01.2026

Sabahın hava proqnozu

16.01.2026
"Ziraat Bank Azərbaycan": Mənfəət artsa da, xərclər və risklər yüksəlir

"Ziraat Bank Azərbaycan": Mənfəət artsa da, xərclər və risklər yüksəlir

16.01.2026

Məzənnə

Yüklənir...