Redaktor
"Fed" ilin ikinci faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankı (Federal Reserve) mart ayı üzrə keçirilən FOMC iclasında əsas faiz dərəcələrini sabit saxlayıb.
Valyuta.az xəbər verir ki, qərar bazar iştirakçılarının gözləntilərinə uyğun olub. Beləliklə, 2026-cı ilin ikinci iclasında da faiz endirimi baş verməyib.
Məlumata görə, "Fed"in növbəti iclası 29 aprel tarixində keçiriləcək və hazırda bazarlar həmin iclasda da faiz endirimi ehtimalını aşağı qiymətləndirir.
Qeyd edək ki, ABŞ-da son dövrlərdə işsizlik səviyyəsində artım müşahidə olunur. Belə ki, yanvar ayında 4,3% olan işsizlik fevralda 4,4%-ə yüksəlib. Eyni zamanda, fevral ayında əmək bazarına qoşulma gözləntiləri özünü doğrultmayıb və 92 min nəfərin işini itirdiyi bildirilib.
Buna baxmayaraq, inflyasiya riskləri və qlobal geosiyasi gərginliklər fonunda "Fed" faiz endirimlərinə getməkdə ehtiyatlı mövqe sərgiləyir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər