Redaktor
Əsassız yaranmış kommunal borcun silinməsi üçün hansı addımlar atılmalıdır?
Bəzən adi bir kommunal sənəd gözlənilməz bir problemə çevrilə bilir. Xüsusilə də orada yazılan borcun sizə aid olmadığını düşündüyünüz halda problem daha böyük görünür. Bu kimi hallarda çoxları çaşqınlıq yaşayır və nə etməli olduğu barəsində çətinliklərlə üzləşir. Halbuki, hər problemin həll yolu olduğu kimi bu problemin də həlli olmalı, müvafiq addımlar atılmalıdır. Bəs əsassız yaranmış kommunal borcun silinməsi üçün hansı addımlar atılmalıdır?
Valyuta.az xəbər verir ki, bu barədə hüquqşünas Aydan Rəhimli məlumat verib: “İlk olaraq siz kommunal xidmət göstərən quruma müraciət etməlisiniz. Burada əsassız yaranmış kommunal borcun hansı formada yaranması aydınlaşdırılmalıdır. Ola bilər ki, siz mənzilin yeni sahibisiniz və həmin borc köhnə sahiblə əlaqədar sizə yazılıb, yaxud da mənzil uzun müddət boş qalıb, lakin kommunal borc hesablanıb. Eləcə də ola bilər ki, texniki səhv nəticəsində kommunal borc artıq və əlavə olaraq hesablanıb.

Belə olduğu təqdirdə sizin təqdim etdiyiniz sübutlar, yəni ödəniş qəbzləri, mənzilin çıxarışı, müqavilə və.s bu sənədlər əsasında kommunal xidmət göstərən qurum sizin müraciətinizi araşdırır. Əgər 15 gün müddət keçsə və sizə müvafiq bir cavab verilməzsə, siz Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etməlisiniz.
Əgər müsbət bir nəticə hasil olmazsa, məhkəməyə müraciət edə bilərsiniz".
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Paramount" "Warner Bros."a görə 2,8 milyard dollar cərimə ödəməyə hazırdır
11.02.2026"Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı
11.02.2026İlham Əliyev: Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub
11.02.2026İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib
11.02.2026"Spotify”dan rekord artım: 2025-ci ildə 751 milyon istifadəçi
11.02.2026