Redaktor
Erkən pensiyaya çıxanların sayı artır — Siyahıya 65 yeni peşə əlavə edildi
Azərbaycanda erkən pensiya təyin olunan şəxslərin əhatə dairəsi genişlənib.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev parlamentin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, hazırda erkən təqaüdə çıxma məsələsi böyük aktuallıq kəsb edir:
“Azərbaycanda güzəştli şərtlərlə erkən pensiyaya çıxmaq hüququna malik olan şəxslərin sayı və kateqoriyası sosialyönümlüdür. Belə ki, erkən pensiyaya çıxmaq hüququ çoxuşaqlı analara, zərərli və ağır əmək şəraitində çalışanlara, pilotlara, ahıl və əlilliyi olan şəxslərə qulluq edənlərə şamil edilir. Təkcə 200-dən çox sahə üzrə 4 mindən çox vəzifə və peşə üzrə fəaliyyət göstərmiş şəxslərə yaşa görə beş il erkən pensiya təyin olunur.
Son dövrlər edilmiş dəyişikliklərə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən şəxslərin siyahısına daha 65 peşə və vəzifə əlavə edilib. Bununla da erkən pensiya təyin olunan şəxslərin əhatə dairəsi genişlənib. Bu istiqamətdə də nazirlik tərəfindən mütəmadi olaraq təhlillər aparılır. Maliyyə təminatlı, maliyyə təminatı real, məntiqli olan təkliflərə baxırıq və onları qiymətləndiririk”.
©Report
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSabah bəzi rayonlara qar yağacaq
15.12.2025Üç tələbə "Facebook"u klonlayıb öz sosial şəbəkələrini yaratdı
15.12.2025Alimentdən yayınan valideynləri nə gözləyir?
15.12.2025"Fed"ə namizəd "Hassett"dən mesaj: Tramp qərarlara təsir göstərə bilməz
15.12.2025Balakənin icra başçısı rüşvəti belə yığıb - DTX video yaydı
15.12.2025Dərman istehsalında 5 milyonluq artım - Statistika
15.12.202561 min manat vergi borcu olan şirkət ləğv olunur
15.12.2025Azərbaycanda kolbasa istehsalı artıb
15.12.2025Bu şəxslərə əlavə 150 manat maaş hesablanacaq
15.12.2025İki kredit ittifaqına icrası məcburi olan göstəriş verilib
15.12.2025Yeni icra başçısı 23 illik müavini vəzifədən azad etdi
15.12.2025Dövlət büdcəsindən ən çox hansı sahələrə vəsait xərclənir? - Siyahı
15.12.2025Alkoqolsuz içki istehsalı artıb
15.12.2025Mərkəzi Bank bu şirkətin vəzifəli şəxsini 10 min manat cərimələdi
15.12.2025Son 5 ildə Azərbaycanda 15 mindən çox avtomobil istehsal olunub
15.12.2025Bu universitetin yataqxanası təmir ediləcək - 1 milyonluq layihə
15.12.2025