Redaktor
EBRD Azərbaycana 100 milyon dollar ayrılmasını təsdiqləyib
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda "Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi" proqramı (Green Economy Financing Facility - GEFF) üçün 100 milyon ABŞ dolları (təxminən 85,6 milyon avro) ayrılmasını təsdiqləyib.
GEFF seçilmiş yerli maliyyə institutları (PFI) vasitəsilə "yaşıl maliyyələşdirmə"ni dəstəkləməyə yönəlmiş beşillik layihədir.
Bankın açıqlamasına əsasən, cəlb edilən vəsait enerji səmərəliliyi, bərpa olunan enerji, resurslardan səmərəli istifadə və iqlim dayanıqlığı sahəsində layihələr həyata keçirən özəl şirkətlərin maliyyələşdirilməsinə yönəldiləcək. GEFF proqramı Azərbaycanda "yaşıl maliyyələşdirmə" mexanizmlərinin tətbiqi üzrə pilot təşəbbüs olacaq və ölkənin dayanıqlı inkişafa keçidini dəstəkləyəcək.
"GEFF-in əsas məqsədi yerli maliyyə institutlarını pərakəndə müştərilərə, kiçik və orta biznesə, eləcə də korporativ borcalanlara ekoloji yönümlü kreditlər verməkdə dəstəkləməkdir", - EBRD-nin məlumatında qeyd olunub.
Proqram çərçivəsində tərəfdaş banklara və mikromaliyyə təşkilatlarına maliyyə və texniki dəstək göstəriləcək, onların institusional potensialını gücləndirmək, "yaşıl kreditləşmə"nin genişlənməsinə mane olan amilləri aradan qaldırmaq hədəflənir. Xüsusi diqqət kişi və qadınların "yaşıl maliyyələşdirmə" imkanlarına bərabər çıxışına yönəldiləcək.
Bankın açıqlamasına əsasən, layihə, xüsusilə COP29-un 2024-cü ilin noyabrında Bakıda keçirilməsindən sonra Azərbaycanın "yaşıl iqtisadiyyat"a artan marağını nəzərə alır. Proqram özəl sektorda "yaşıl texnologiya" və xidmətlərin tətbiqinə dəstək verəcək, həmçinin ölkənin maliyyə sisteminin transformasiyasını təşviq edəcək.
GEFF çərçivəsində borcalanlar "yaşıl kreditləşmə"ni inkişaf etdirməyə hazır olan banklar, mikromaliyyə və lizinq şirkətləri olacaq. Son benefisiarlar isə kiçik və orta sahibkarlar, korporativ müştərilər və ev təsərrüfatları kimi çıxış edəcəklər.
Proqramın strukturuna 3 milyon ABŞ dollarına qədər (2,8 milyon avro) texniki yardım paketi daxildir. Buraya layihənin idarə edilməsi, yeni maliyyə məhsullarının hazırlanması, marketinq və təlimlər daxildir. Bundan əlavə, əldə olunan nəticələrə əsasən maliyyə vasitəçilərinə ödənişlər üçün 4 milyon ABŞ dollarına qədər (3,4 milyon avro) güzəştli maliyyələşdirmə nəzərdə tutulur.
EBRD-nin məlumatına görə, 2025-ci il sentyabrın 30-na bankın Azərbaycandakı cari kredit portfelinin dəyəri 948 milyon avro təşkil edib. Portfelin 89 %-i (842 milyon avro) davamlı infrastrukturun, 6 %-i (56 milyon avro) maliyyə sektorunun və 5 %-i (49 milyon avro) korporativ sektorun inkişafına yönəldilib.
©Report
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərElektron siqaretlərlə bağlı cərimələr son oxunuşda qəbul edilib
03.03.2026Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu ®
03.03.2026Prezident İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib - Fotolar
03.03.2026İranın Hörmüz boğazını bağlaması Avropada qazı bahalaşdırıb
03.03.2026Magistraturaya qəbul imtahanının ikinci cəhdinin keçiriləcəyi tarix məlum olub
03.03.2026İstilik enerjisi və ictimai nəqliyyat üzrə yeni təkliflər irəli sürülüb
03.03.2026Banklara dollarla daha çox əmanət yerləşdirən iqtisadi rayonlar - SİYAHI
03.03.2026“SAĞLAM AİLƏ”-yə yeni direktor təyin edilib
03.03.2026“ChatGPT”nin Azərbaycanda bazar payı açıqlandı
03.03.202616 ildir fəaliyyət göstərən bağça bağlandı
03.03.2026Mərkəzi Bankın valyuta ehtiyatları artıb
03.03.2026Ən çox nağd vəsaitə malik şirkətlər açıqlanıb - SİYAHI
03.03.2026“Atəşgah" Sığortanın illik yığımları 1 milyon manatdan çox azalıb
03.03.2026Nazir İradə Xəlilovaya vəzifə verdi
03.03.2026"Apple" "iPhone 17e"ni təqdim etdi - Qiymət
03.03.2026Bu ölkələrdən gələn turistlər Azərbaycanda milyonlar xərcləyib
03.03.2026İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
03.03.2026“Su İdman Sarayı”nda 1,2 milyonluq yenilənmə
03.03.2026Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb ®
03.03.2026