Redaktor
Cənubi Qafqazın bank sektoru: Azərbaycan son pillədə
2024-cü ilin nəticələri göstərir ki, Azərbaycanın bank sektorunun maliyyə göstəriciləri Cənubi Qafqazın digər iki ölkəsinin bank sektoruna uduzur və bu, son illər artıq tendensiyaya çevrilib.
Valyuta.Az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev özünün sosial şəbəkə hesabında yazıb.
İqtisadçı qeyd edib ki, ötən il Gürcüstan bankları 1,1 milyard $, Ermənistan bankları 914 milyon $ xalis mənfəət əldə etdikləri halda Azərbaycanda bu göstərici 614 milyon $ olub. Aktivlərin və kreditləşmənin həcminə gəlincə, Azərbaycan bu göstəricilər üzrə Ermənistanı qabaqlasa da Gürcüstandan geri qalır. Gürcüstan banklarında aktvlərin həcmi 34 milyard $, Ermənistanda 27.7 milyard $, Azərbaycanda isə 31,2 milyard $ olub.
Kreditləşmənin həcmi isə müvafiq olaraq 21,5 milyard $, 15,8 milyard $ və 16.2 $ milyard olub. Azərbaycan yeganə olaraq depozitlərin həcminə görə hər iki ölkəni qabaqlayır.
Azərbaycan bankları hətta kapitallaşma səviyyəsinə (3,9 milyard $) görə Gürcüstan (5,1 milyard $) və Ermənistandan (4,5 milyard $) geri qalır. Uyğun olaraq ROE və ROA göstəricilərinə görə də uduzuruq.
İqtisadçı həmçinin Azərbaycan iqtisadiyyatının Gürcüstandan 2,5 dəfə, Ermənistandan 3 dəfə böyük olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda 22, Gürcüstanda 17, Ermənistanda 18 bank fəaliyyət göstərir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellekt su ehtiyatlarını tükədir?
07.03.2026“Aqrar Sığorta” ASC-nin ödənişləri 11,9 dəfə azalıb
07.03.2026Qarajdan 900 milyon dollarlıq şirkətə - İşçilərinin toyunu və təhsilini maliyyələşdirən sahibkar - SƏHƏR OXUSU
07.03.20262026-cı ildə yüksək maaşlı işlər üçün CV-də olmalı 3 əsas bacarıq
06.03.2026Ekspertlər hazırda almaq üçün ən yaxşı üç büdcə smartfonunu açıqladı
06.03.2026Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı
06.03.2026İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
06.03.2026Süni intellektdə "qırmızı xətt" mübahisəsi iki texnologiya nəhəngini qarşı-qarşıya gətirdi
06.03.2026Turist izdihamı olmayan cənnət: Bu yay ziyarət etməyə dəyər 5 Aralıq dənizi adası
06.03.2026BP yayda AÇG-də dərin laylardan qaz hasilatına başlayacaq
06.03.2026
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
06.03.2026“Qaynar” bazara girən startapların ən böyük səhvi açıqlanıb
06.03.2026Azərbaycanda kompüterlərin bazar payı azalıb, mobil istifadə artıb
06.03.2026“Qaradağ Şüşə Zavodu” investisiya müsabiqəsinə çıxarılıb
06.03.2026Neft 150 dollara... - Qətərdən qlobal iqtisadiyyatı məhv edə biləcək ssenari barədə xəbərdarlıq
06.03.2026
Dövriyyəsi kəskin azalan investisiya şirkətləri - CƏDVƏL
06.03.2026"Azərpambıq"ın xaricə satışdan gəlirləri 1,5 milyon dollar azalıb
06.03.2026Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur ®
06.03.2026Azərbaycana gələn əcnəbilər arasında işsizlərin sayı artıb
06.03.2026