Redaktor
Cəfər Babayev: "İstehlakçı hüquqlarında rəqəmsal sahə ilə bağlı şikayətlər artır"
2025-ci ilin təhliləri göstərir ki Azərbaycanda istehlakçı hüquqları ilə bağlı daxil olan müraciətlərin 30%-i təkcə məhz rəqəmsal münasibətlərlə bağlıdır.
Valyuta.az xəbər verir ki, bunu bu gün Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar “Müasir Rəqəmsal Dünyada İstehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev bildirib.
“Bu rəqəmlər təkcə bizim məlumatlarımıza əsaslanmır, eyni zamanda digər dövlət qurumlarının apardığı təhlillərdə də öz əksini tapır. Məsələn, son zamanlar Mərkəzi Bankın yaydığı məlumatlara görə, elektron ticarət platformalarında nağdsız ödənişlərin həcmi hər il artmaqdadır”.
C.Babayev vurğulayıb ki, bu sahədə istehlakçı hüquqlarının qorunması üçün Agentliyin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri və mexanizmləri mövcuddur:
"Bununla yanaşı, biz yalnız hüquqi mexanizmlərlə kifayətlənmirik. Maarifləndirmə və əməkdaşlıq kimi “yumşaq güc” vasitələrindən də istifadə etməyə çalışırıq. Elektron və rəqəmsal sahədə yaranan mübahisələr göstərir ki, artıq ənənəvi istehlakçı-sahibkar münasibətlərindən fərqli yanaşmalar tələb olunur".
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
12.03.2026DİN rəsmisi: "Ötən il Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"
12.03.2026
Hər gün “Bu gün son gündür” deyirlər - Müştəri bir dəfə aldana bilər...
12.03.2026Toğrul Əliyev: Rəqamsal maliyyənin inkişafı istehlakçı hüquqlarının qorunmasından asılıdır
12.03.2026Dünyanın ən gənc milyarderləri - Ən gəncinin 20 yaşı var
12.03.2026İlham Əliyev: Neftin qeyri-tarazlı qiymətləri onu hasil edən ölkələrin xeyrinə deyil
12.03.2026İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək
12.03.2026“Premium Bank” nağd mədaxillər üzrə yeni komissiya tutacaq
12.03.2026Nazir müavini: "mygov"dan istifadə edən vətəndaşların sayı 2,5 milyona çatıb
12.03.2026Mərkəzi hökumətə xalis tələblər 5.2 milyard manat azalıb
12.03.2026Cəfər Babayev: "İstehlakçı hüquqlarında rəqəmsal sahə ilə bağlı şikayətlər artır"
12.03.2026Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur ®
12.03.2026zypl.ai 2 milyon dollar investisiya cəlb edib
12.03.2026Prezident: Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi
12.03.2026İlham Əliyev: Bakı və İrəvan ticarət əlaqələri qurub, bu da sülhün uzunmüddətli olmasından xəbər verir
12.03.2026