Redaktor
Böyük Britaniyanın "Barclays" bankı əməkdaşlarının bonusları üçün üç milyard dollar ayırıb
Böyük Britaniyanın ən böyük banklarından biri olan "Barclays" 2025-ci ilin yekunlarına əsasən, öz əməkdaşları üçün ümumi bonus büdcəsini 15% artıraraq 2.2 milyard funt sterlinqə (3 milyard dollar) çatdırıb.
Bu, 2025-ci il üzrə qənaətbəxş illik nəticələr sayəsində bank üçün son beş ildə rekord məbləğdir. "Barclays"in mənfəəti 2016-cı ildən bəri maksimal dinamika göstərib.
Keçən il maliyyə əməliyyatları üzrə əhəmiyyətli riskləri üzərinə götürən təxminən 1 340 yüksəkvəzifəli əməkdaş ümumilikdə təxminən 950 milyon funt sterlinq (1.3 milyard dollar) məbləğində nağd pul və səhm şəklində bonuslar alıblar. Bankda təxminən 93 000 ştatlı əməkdaş çalışır. "Barclays"in rəhbəri Koimbatur Venkatakrişnan 2025-ci ilin yekunları üzrə 9.4 milyon funt sterlinq (12.8 milyon dollar) bonus alacaq ki, bu da əvvəlki ilə nisbətən 12% çoxdur. Bankın digər əməkdaşlarının hər biri isə 500 funt sterlinq (685 dollar) mükafat alacaq.
©Oxu.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
İşsiz Azərbaycan vətəndaşları turist kimi hansı ölkələrə səfər ediblər?
12.02.2026Dövlət büdcəsinin xərcləri bir ay ərzində 7 milyard manatdan çox artıb
12.02.2026Əvvəl yüksəldi, sonra çökdü: Məşhur bankdan gözlənilməz gümüş proqnozu
12.02.2026Ötən il dərman istehsalı 7 milyondan çox artıb
12.02.2026Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb
12.02.2026DTX Ramiz Mehdiyev və Abbas Abbasov barəsindəki cinayət işi ilə bağlı detalları açıqladı
12.02.2026Sabah temperatur 18 dərəcəyədək yüksələcək
12.02.2026"Qoca" ləqəbli polkovnik vəzifəsindən azad edildi
12.02.2026Xarici valyutada maliyyə institutlarına verilən kreditlər 6.9 milyon manat azalıb
12.02.2026Agentlik 9 milyona hazır yeməklər alacaq
12.02.2026
"Region və paytaxt arasında maaş fərqinin səbəbi var"
12.02.2026Bakının bu ərazisindəki evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
12.02.2026Mərkəzi Bank Elektron Pul Təşkilatına icrası məcburi göstərişlər verdi
12.02.2026Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası ®
12.02.2026“Capital Partners”in biznes itkiləri 36 milyon manata yaxınlaşıb
12.02.20263 gün ardıcıl iş olmayacaq
12.02.2026Azərbaycanda pensiya kapitalı da indeksləşdirildi
12.02.2026