Redaktor
"Bitcoin" son 8 ilin ən zəif rübünə doğru gedir
Kriptovalyuta bazarında davam edən eniş fonunda "Bitcoin"in 2026-cı ilin ilk rübünü son 8 ilin ən zəif dövrlərindən biri kimi başa vura biləcəyi bildirilir.
Valyuta.az xəbər verir ki, ilin əvvəlindən etibarən "Bitcoin"in qiyməti artıq təxminən 22% azalıb. Xatırladaq ki, kriptovalyuta ötən ilin oktyabrında 126 min dollar səviyyəsinə yüksələrək tarixi maksimumunu yeniləmişdi. Lakin sonrakı aylarda qiymətlər kəskin geriləyib və bir neçə həftə əvvəl 60 min dollar civarına qədər düşüb.
Məlumatlara görə, əgər fevral ayı da azalma ilə yekunlaşarsa, bu, "Bitcoin"in tarixində ilk dəfə yanvar və fevral aylarını ardıcıl enişlə tamamlaması kimi qeydə düşə bilər.
Analitiklər qiymət azalmasını əsasən qlobal makroiqtisadi qeyri-müəyyənliklər, geosiyasi risklər və investorların riskli aktivlərə marağının zəifləməsi ilə əlaqələndirirlər.
Qeyd edək ki, hal-hazırda kriptovalyutanın qiyməti 1 gün ərzində təxmini 2,31% dəyərində düşərək, 68,667.25 min ABŞ dollarına təklif olunur.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Zadəganlar" Kənan Yıldız üçün 57,5 milyon avro ödəməyi planlaşdırır
16.02.2026Çin Yeni ilində rekord: Ölkə daxilində 9,5 milyard səfər ediləcək
16.02.2026İcra başçısı yenicə işə götürdüyü köməkçisini vəzifədən azad etdi
16.02.2026Azərbaycan ötən ay əsas 9 ölkəyə qeyri-neft məhsulları ixrac edib - Gəlirlər
16.02.2026Tarlalarda lazerli nəzarət: Süni intellekt alaq otlarını tək-tək məhv edir
16.02.2026"Microsoft"un "Jumpstart" tapmacası: Nəhəng istehsalçılara gizli təzyiq?
16.02.2026İstifadəyə yararsız pulları 2 martdan sonra bu banklarda dəyişmək mümkündür
16.02.2026Daha az xərcləmək xoşbəxtliyin sirri ola bilər
16.02.2026“X”in fəaliyyətində problem yarandı
16.02.2026Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
16.02.2026İlon Maskın maliyyə addımları adi investorlar üçün nəyi öyrədə bilər?
16.02.2026"Google"a qarşı yeni məhkəmə: Məşhur aparıcının səsi oğurlanıb?
16.02.2026