Redaktor
Bir elektromobilin orta qiyməti nə qədərdir?
2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycan xaricdən 62 milyon 485 min dollar dəyərində 2 028 ədəd elektromobil idxal edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu il idxal edilən elektromobillərin sayı 999 ədəd ədəd və ya 33.0%, dəyəri isə 59.1 milyon dollar və ya 48.6% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında ölkəyə 121 milyon 606 min dollar dəyərində 3 027 ədəd elektromobil gətirilib.
2025-ci ilin 12 ayı ərzində bir elektromobilin orta idxal dəyəri 30 min 810 dollar (52 min 377 manat) təşkil edib. 2024-cü ilin yanvar-dekabr ayında isə bu rəqəm 40 min 181 dollar (68 min 308 manat) idi.
Bu isə illik müqayisədə 9 min 371 dollar və 23.3% azdır.
Mayya Hüseynova