Bu yemək çatdırılma nəhəngi əməkdaşlarına yüksək maaşlar ödəyir

Redaktor

22.01.2026 16:32
128

Bu yemək çatdırılma nəhəngi əməkdaşlarına yüksək maaşlar ödəyir

Federal sənədlər göstərir ki, texniki sahədə çalışanlar üçün "DoorDash" çox rəqabətli maaşlar təklif edir."DoorDash" texniki və analitik sahələr üzrə ixtisaslaşmış işçilərə çox yüksək maaşlar ödəyir.

Mühəndislik sahəsində maaşlar 100 min dollardan başlayaraq 300 min dollardan yuxarı baza əmək haqqına qədər dəyişir. Məsələn, proqram mühəndisləri illik 105.560 - 359.000 dollar arası maaş alırlar. "DoorDash" şirkətinin son maaş açıqlamaları göstərir ki, bu çatdırılma nəhəngi texniki və strateji vəzifələr üçün altırəqəmli baza maaşları ödəməyə hazırdır.

Valyuta.az xəbər verir ki, bu məlumatlar ABŞ Əmək Nazirliyinə təqdim olunan H-1B viza müraciətlərindən götürülüb. Sənədlərdə yalnız baza əmək haqqı göstərilir; səhm paketləri və əlavə bonuslar nəzərə alınmır.

Prezident Donald Trampın 2025-ci ilin sentyabr ayında yeni H-1B viza müraciətlərinə 100 min dollarlıq əlavə rüsum tətbiq etməsi prosesi daha da çətinləşdirib.

2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər "DoorDash" təxminən 540 H-1B viza müraciəti təqdim edib. Şirkətin müxtəlif ixtisaslar üzrə nə qədər maaş ödəməyə hazır olduğu aşağıda göstərilib.

Mühəndislik maaşları geniş aralıqda dəyişir:

Proqram mühəndisi: $105,560 – $359,000

Baş proqram mühəndisi: $163,862 – $282,000

Verilənlər üzrə proqram mühəndisi: $148,699 – $282,000

Maşın öyrənməsi üzrə proqram mühəndisi: $126,400 – $255,800

Digər vəzifələr üzrə maaşlar:

Strategiya və əməliyyatlar üzrə köməkçi menecer: $104,400 – $174,000

Maliyyə və strategiya üzrə köməkçi: $90,272 – $184,800

Verilənlər üzrə alim (Data Scientist): $146,000 – $268,200

Mühəndislik meneceri: $201,900 – $342,000

Maşın öyrənməsi mühəndisi: $126,400 – $302,900

Məhsul meneceri: $141,170 – $342,000

Baş verilənlər üzrə alim: $211,536 – $325,200

Texniki proqram meneceri: $165,610 – $342,000

Yüksək maaşların səbəbi: texnologiyaya yönəlmiş strategiya

DoorDash texnologiyaya yönəlik strategiyasına görə ixtisaslı texniki və analitik kadrlar üçün rəqabətli maaşlar təklif edir. Şirkət yalnız restoran çatdırılması ilə kifayətlənmək istəmir və fəaliyyət sahəsini genişləndirməyə hazırlaşır. DoorDash avtonom nəqliyyat vasitələri və bütün markalarını birləşdirən qlobal texnoloji platforma yaratmaq üçün yüz milyonlarla dollar sərmayə yatıracaq. Bu barədə CEO Toni Şü 2025-ci ilin noyabrında investorlarla görüşdə məlumat verib.

WeDash proqramı: hər korporativ əməkdaş ildə ən azı 4 dəfə çatdırılma etməlidir.

Şirkətin illik hesabatına əsasən, 2025-ci ildə DoorDash üçün təxminən 8 milyon şəxs çatdırılma xidməti göstərib. 2024-cü ilin sonuna olan məlumata görə, şirkətin 23 700 korporativ əməkdaşı var idi.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Kripto məzarlığı böyüyür: Hər iki rəqəmsal valyutadan biri niyə yox oldu?

22.01.2026

Müasir məhsul dizaynında nələr işləyir, nələr uğursuzluğa düçar olur?

22.01.2026

"Apple" şirkəti "Siri"ni tam hüquqlu süni intellekt çatbotuna çevirir

22.01.2026

Cavanşir Paşazadə: "Aqrar sahədə çalışanlara verilən 3-5 min manatın heç bir faydası olmur"

22.01.2026

Niyə bank hesabınızda çoxlu nağd pul saxlamaq düzgün deyil? - Hamfri Yanq-dan xəbərdarlıq

22.01.2026

Sabiq nazirə yeni vəzifə verildi

22.01.2026

Çin şirkəti "Sony"nin televizor biznesinin böyük hissəsini aldı

22.01.2026

Emin Əmrullayevin yüksək vəzifəyə gətirdiyi Famil Rüstəmov kimdir?

22.01.2026

Taleh Qaraşov müavinini vəzifəsindən azad etdi - FOTO

22.01.2026

Bu yemək çatdırılma nəhəngi əməkdaşlarına yüksək maaşlar ödəyir

22.01.2026

Nazir sabiq bankiri direktor təyin etdi - FOTO

22.01.2026

"OpenEvidence" 250 milyon dollarlıq investisiya alıb

22.01.2026

Azərbaycana bu ölkələrdən 24 milyard dollardan çox məhsul idxal olunub

22.01.2026

OMİD Mağazalar Şəbəkəsi borca düşüb

22.01.2026

Tövlədən idarə etdiyi biznesi dünyada məşhur imperiyaya çevirdi

22.01.2026

27 milyon manatlıq əmlak üzərinə həbs qoyulub

22.01.2026

"Moody`s": Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 5%-ni təşkil edəcək

22.01.2026

ABŞ Prezidenti: Venesuelanı böyük neft şirkətləri üçün açırıq

22.01.2026

Donald Tramp: ABŞ iqtisadiyyatı inflyasiyasız inkişaf edir

22.01.2026

Prezident həmin sənədi imzaladı

22.01.2026

Məzənnə

Yüklənir...