Redaktor
Banklardan kənarda olan nağd pul kütləsi 18 milyard manata çatıb
2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 49 milyard 860,3 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu, aylıq müqayisədə 2,46 % və ya 1 milyard 198,2 milyon manat, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 7,23% və ya 3 milyard 365,5 milyon manat çoxdur.
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 48 milyard 662,1 milyon manat təşkil edib. 2024-cü ilin yanvar-dekabr aylarında isə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 46 milyard 494,8 milyon mmanat olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 17 milyard 947,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 4,1 % və ya 714,1 milyon manat çox, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,17 % və ya 2 milyard 89,9 milyon manat çoxdur.
2025-ci ilin yanvar-noyabr aylarında banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 17 milyard 233,7 milyon manat, 2024-cü ilin yanvar-dekabr aylarında isə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 15 milyard 857,9 milyon manat olub.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Qida məhsullarının bahalaşması davam edə bilər" - VİDEO
11.02.2026Texnologiya müasir avtomobilləri ölüm tələsinə çevirirmi?
11.02.2026"iPhone" dünyanın aktiv smartfon bazasının 1/4-ni tutur
11.02.2026Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib
11.02.2026Azərbaycanda startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb
11.02.2026"Paramount" "Warner Bros."a görə 2,8 milyard dollar cərimə ödəməyə hazırdır
11.02.2026"Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı
11.02.2026İlham Əliyev: Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub
11.02.2026İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib
11.02.2026"Spotify”dan rekord artım: 2025-ci ildə 751 milyon istifadəçi
11.02.2026