Banklar yüksək maaşlı müştərilərə niyə bəzən az kredit verir?

Redaktor

20.05.2025 13:20
591

Banklar yüksək maaşlı müştərilərə niyə bəzən az kredit verir?

Banklar bəzən yüksək maaşı olan şəxs kredit müraciəti etdikdə ona yüksək məbləğli kredit vermirlər. Müraciət edən şəxsin gözlədiyindən çox az məbləğdə kredit təklif edirlər. Yüksək məbləğdə kredit almaq üçün kredit tarixçəsi necə formalaşdırılmalı və hansı amillər buna mane olur?

“FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli Valyuta.az-a bildirib ki, bu halın əsas səbəbləri şəxsin üzərindəki öhdəliklərin çoxluğu və ya kredit tarixçəsindəki gecikmələr ola bilər:

“Normalda kredit tarixçəsi müsbətdirsə və öhdəliklər azdırsa, əməkhaqqı artdıqca verilən kredit məbləği də artır. Yəni, maaş və kredit arasında birbaşa proporsional əlaqə var.
Digər vacib məqam isə, "borcun gəlirə nisbəti" əmsalıdır. Bu əmsal Mərkəzi Bank tərəfindən müəyyən edilir və hər bir kredit müraciətində banklar müştərinin aylıq gəlirlərini və mövcud öhdəliklərini bu əmsala əsasən qiymətləndirirlər. Əgər aylıq öhdəliklər gəlirlə müqayisədə yüksəkdirsə, bu halda bank yüksək məbləğli kredit təklif etmir”.

Ekspert vurğulayıb ki, kredit tarixçəsində gecikmə olmaması da çox önəmlidir: 

“Kredit alan şəxslər “Azərbaycan Kredit Bürosu”ndan məlumat almaq üçün ərizəyə qol çəkirlər və bank həmin şəxsin keçmiş ödəmə davranışlarını yoxlayır. Əgər şəxs kreditlərini vaxtında ödəyibsə və qrafikdən kənara çıxmayıbsa, bu müsbət kredit tarixçəsi sayılır və gələcəkdə daha əlverişli şərtlərlə kredit almaq imkanı yaradır.

Əgər kredit alınmırsa, səbəb ya zəif kredit tarixçəsi, ya da mövcud kreditlərin aylıq ödənişlərinin çoxluğu ola bilər. Bu da borcun gəlirə nisbətini artırır və bankın riskini yüksəldir. Borcun gəlirə nisbəti əmsalını hesablayanda şəxsin aylıq ödənişi, aylıq kredit ödəmə imkanı zəif görünür. Ona görə banklar tərəfindən bu iri məbləğdə kredit alına bilmir”.

Maya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

3 aya marketdən 7 minlik məhsul oğurladı

24.01.2026

Tövlədən idarə etdiyi biznesi dünyada məşhur imperiyaya çevirdi

24.01.2026

İnvestorlar üçün bilməli olduqları kriptovalyuta növləri

24.01.2026

“Azercell” bu tarif paketləri üzrə qiymətləri artırdı - FOTO

24.01.2026

Bazar gününün hava proqnozu

24.01.2026

"YouTube" 2026-cı il üçün planlarını açıqladı

24.01.2026

Ümumi təhsil müəssisələrində qış tətili başlayır

24.01.2026

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

24.01.2026

Pentaqon yaxınlığında pizza sifarişləri artdı

24.01.2026

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

24.01.2026

149 milyondan çox insanın məlumatları internetə sızdırılıb

24.01.2026

ABŞ-nin Vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

24.01.2026

Qızıl istehsalında 11%-dən çox artım

24.01.2026

Riçard Branson və “ilan kimi” qıvrılan biznes ruhu - SƏHƏR OXUSU

24.01.2026

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Karyera şəbəkəsindəki "ruhlar": "LinkedIn" profilləri necə casusluq vasitəsinə çevrildi?

23.01.2026

"Nvidia" Al səbəbindən "GeForce RTX 50" videokartlarının istehsalını dayandırır

23.01.2026

Məzənnə

Yüklənir...