Redaktor
“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
2026-cı ilin I rübündə “Bank VTB Azərbaycan”ın xalis mənfəəti 1 milyon 730,84 min manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 575,63 min manat və ya 47,65% azalma deməkdir. 2025-ci ilin birinci rübündə bankın xalis mənfəəti 3 milyon 306,47 min manat olub.
Hesabat dövründə bankın faiz gəlirləri 9 milyon 634,31 min manat təşkil edib. Bu, illik müqayisədə 361,37 min manat və ya 3,61% azalma deməkdir. Ötən ilin eyni dövründə faiz gəlirləri 9 milyon 995,68 min manat səviyyəsində olub.
Faiz gəlirlərinin əsas hissəsi müştərilərə verilmiş kreditlərdən formalaşıb. Belə ki, bu istiqamətdən 8 milyon 425,42 min manat gəlir əldə olunub.
Bankın faiz xərcləri isə 2 milyon 620,02 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 441,16 min manat və ya 18,61% artım deməkdir.
Nəticədə xalis faiz gəliri 844,43 min manat və ya 11,18% azalaraq 6 milyon 704,66 min manata enib. Ötən ilin eyni dövründə bu göstərici 7 milyon 549,09 min manat olub.
Həmçinin qeyri-faiz gəlirləri də 1 milyon 77,39 min manat və ya 28,27% azalaraq 2 milyon 733,53 min manat təşkil edib. 2025-ci ilin birinci rübündə bu məbləğ 3 milyon 810,92 min manat olub.
Qeyri-faiz xərcləri isə 1 milyon 274,08 min manat və ya 14,37% azalaraq 7 milyon 588,52 min manat təşkil edib. Ötən ilin eyni dövründə bankın qeyri-faiz xərcləri 8 milyon 862,60 min manat idi.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Anthropic" daha sərfəli süni intellekt modelini təqdim edib
25.07.2026Qeyri-faiz xərclərinin həcminə görə bankların Renkinqi
25.07.2026Tələbə borcunu ödəmək üçün yaratdığı sayt onu 5 aya milyonçu etdi
25.07.2026"Nvidia", "Microsoft" açıq mənbəli süni intellekt modellərinə dəstək çağırışı edib
25.07.2026Vizanız bir anda ləğv oluna bilər: ABŞ yeni qaydaları açıqladı
25.07.2026Ağıllı eynək böhranı böyüyür: "Meta" hesabları bağlamaq qərarına gəldi
25.07.2026"Patreon" əməkdaşlarının 20%-ni ixtisar edir
25.07.2026"Yahoo" CEO-su: "Pizza restoranında işləyirdim, biznes haqqında heç nə bilmirdim"
25.07.2026
Bir çamadana təkər taxmaq niyə 5 min il çəkdi?
25.07.2026Bakıda skuterlərlə bağlı yeni problem - VİDEO
24.07.2026Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək?
24.07.2026"OpenAI" "ChatGPT Health" funksiyasını ABŞ-da bütün yetkin istifadəçilər üçün istifadəyə verdi
24.07.2026Azərbaycana bu il nə qədər avtobus gətirilib?
24.07.2026Süni intellekt bazarı "Intel"in gəlirlərini artırdı
24.07.2026Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi
24.07.2026Dünyanın ən dəyərli restoran şəbəkələri: "McDonald’s" zirvədədir
24.07.2026Yüksək Texnologiyalar Parkına 4 yeni rezident qəbul edilib
24.07.2026İlon Maskın şirkətləri birjada dəyər itirir
24.07.2026Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri
24.07.2026