Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Redaktor

10.06.2025 20:55
155

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Bakıda "ipoteka dələduzluğu” baş verib. 

Valyuta.az Qaynarinfoya istinadən xəbər verir ki, Vahid adlı şəxs hərbi qulluqçulardan birinə (müəyyən səbəblərdən adını açıqlamırıq) ipoteka ilə mənzil almaqda yardım edəcəyini bildirərək onun 18 000 manatını mənimsəyib. 

Dələduzluğun qurbanı olmuş hərbi qulluqçu hüquq-mühafizə orqanlarına şikayət edib və Vahid saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.4-cq maddəsi ilə ittiham elan edilib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Həmçinin məlum olub ki, o, 2023-cü ildə dələduzluğa görə məhkum olunub. Həmin vaxt Vahidə Xətai Rayon Məhkəməsinin hökmü ilə 2 il 9 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırması cəzası verilib.

Növbəti cinayətin məhkəmə istintaqı isə Qaradağ Rayon Məhkəməsində aparılıb. Vahid məhkəmədə özünü verilimiş ittiham üzrə qismən təqsirli bilib. Lakin məhkəmə onun tam təqsirli olması qənatəinə gəlib. 

Hakim Teymur Qurbanovun hökmü ilə Vahidə 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Xətai Rayon Məhkəməsinin hökmünə əsasən ona təyin edilmiş 2 il 9 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il 5 ay 21 gün hissəsi 1 il 2 ay 25 gün azadlıqdan məhrumetmə cəzasına hesablanaraq hazırki cəza ilə qismən toplanılıb, eyni zamanda həbsdə olduğu 1 ay müddət nəzərə alınmaqla üzərində qəti olaraq 4 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. 

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Lüks pərakəndə satış nəhəngi iflas elan etdi

14.01.2026

“İnsanlar nəzarəti itirə bilər" - Saadiyə Zahidi

14.01.2026

"Pensiyaçı"ların görə biləcəyi 7 iş

14.01.2026

İnflyasiyanın zənginlərə gözlənilməz təsirinin 5 yolu

14.01.2026

2026-cı ildə CV-lər necə dəyişəcək? - Ən vacib 5 trend açıqlanıb

14.01.2026

“Mindsite” 2 milyon dollar investisiya alıb

14.01.2026

Yanacağın qiymətindəki dəyişiklik gediş haqqına təsir edəcək?

14.01.2026

Aİ Ukraynaya 90 milyard avro kredit hazırlayır

14.01.2026

Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edildi

14.01.2026

Şahdağ və Tufandağda xizək keçid qiymətləri - CƏDVƏL

14.01.2026

Niyə kollec tələbələri təcrübə proqramlarından kənarda qalır?

14.01.2026

İnşaat işçisinin bəxti gətirdi: Cibindəki 2 avroya bir mənzil aldı

14.01.2026

Ölkənin birinci bankı cəmi gəlirlilik üzrə 2025-ci ilin lideridir: 1 milyard 881 milyon 674 min manat ®

14.01.2026

ABŞ 75 ölkənin vətəndaşları üçün vizaların verilməsini dayandırır

14.01.2026

Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır

14.01.2026

Şahin Bağırov polkovnikin iş yerini dəyişdi

14.01.2026

“Unibank”ın faiz xərcləri 23 milyon manatdan çox artıb

14.01.2026

“LinkedIn” profilində süni intellekt ilə maraqlandığını qeyd et

14.01.2026

Dini qurumlarla bağlı artıq ödənişlər büdcəyə qaytarılıb

14.01.2026

Bakıda 1,7 milyonluq əmlak hərraca çıxarıldı

14.01.2026

Məzənnə

Yüklənir...