Redaktor
Azərbaycanlı təsisçinin startapı - OneDome Britaniyanın Trussle startapını satın aldı
Britaniyada daşınmaz əmlak və maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən OneDome şirkəti, tanınmış rəqəmsal ipoteka platforması Trussle-ni satın almaq üçün razılıq əldə edib. Trussle əvvəllər Goldman Sachs kimi nəhəng investisiya bankı tərəfindən dəstəklənmişdi.
Sky News-un əldə etdiyi məlumata görə, OneDome – ipoteka, hüquqi və sığorta xidmətlərini vahid onlayn prosesdə birləşdirən platforma – Trussle-ni ABŞ-da qeydiyyatdan keçmiş Better Home & Finance Trading Company-dən alır. Əməliyyat hazırda Böyük Britaniyanın maliyyə tənzimləyicisinin təsdiqinə gözləyir.
Trussle (Better.co.uk adı ilə fəaliyyət göstərir) 2015-ci ildə yaradılıb və bu müddət ərzində təxminən 30 milyon funt sterlinq vəsait toplayıb. Şirkətin 2021-ci ildəki satışının isə bu məbləğdən xeyli aşağı qiymətlə həyata keçirildiyi bildirilir.
OneDome-un təsisçisi və baş icraçı direktoru Babək İsmayıl açıqlamasında bildirib:
“Trussle mükəmməl komanda qurub və innovasiya ilə müştəriyönümlü yanaşması ilə tanınır. Bizim eyni vizyonumuz var – ev almaq prosesi daha sadə, sürətli və stresssiz olmalıdır. Trussle-in Smartbuyer təklifi bizim mükafatlı HomeBuyer xidmətimizə çox bənzəyir və güclərimizi birləşdirmək bu köhnəlmiş sektoru dəyişdirmək üçün təbii bir addımdır.”
Mənbələrin verdiyi məlumata görə, bu satınalma OneDome-un beşillik planında — Britaniyada bütün ev alqı-satqılarının 10%-də iştirak etmək məqsədinə daha da yaxınlaşmasına imkan yaradacaq.
Birləşmiş şirkət illik 3,5 milyard funt sterlinqdən çox ipoteka kreditləri üzrə əməliyyat aparacaq və ayda təxminən 1,100 daşınmaz əmlak alqı-satqısını həyata keçirəcək. Qrupun ümumi işçi sayı 230 nəfərə yaxın olacaq.
©tech.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO
20.01.2026Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək
20.01.2026Milyarderlərə saxta Davos biletləri satılıb
20.01.2026Metroda xətlərin ayrılacağı tarix açıqlandı
20.01.2026Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb
20.01.2026BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər
20.01.2026"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir
20.01.2026Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi
20.01.2026İctimai iaşə dövriyyəsi artıb
20.01.2026"ChatGPT"də reklamlar necə yayımlanacaq?
20.01.2026Uşaqlar üçün olan bu məhsul bahalaşdı
20.01.2026İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
20.01.2026Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı
20.01.2026