Redaktor
Azərbaycanın iri tütün istehsalçısının dövlətə ödədiyi vergi məlum olub
“TABATERRA” MMC-nin dövlət büdcəsinə ödədiyi vergi məbləği məlum olub.
Valyuta.az xəbər verir ki, ötən il ən çox vergi ödəyən 100 şirkət arasında 2-ci yerdə qərarlaşan “TABATERRA” MMC büdcəyə 697,0 milyon manat vəsait ödəyib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə artım deməkdir. Belə ki, 2024-cü ildə şirkətin ödədiyi vergi məbləği 689,3 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 7,7 milyon manat və ya təxminən 1,1% artım deməkdir.
Məlumat üçün bildirək ki, “TABATERRA” MMC 2017-ci ildə yaradılıb və Azərbaycanda iri tütün (siqaret və tütün xammalı) istehsalı və ixracı ilə məşğul olan özəl şirkətlərdən biridir.
Şirkətin qanuni təmsilçisi Cavanşir Elman Bəşir oğludur. Nizamnamə kapitalı isə 110 milyon manat təşkil edir.
Qeyd edək ki, Elman Cavanşir Milli Məclisin deputatı Cavanşir Feyziyevin qardaşı oğludur.
Sərvanə Rəmixanova