Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

Redaktor

21.02.2026 15:02
98

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

Gürcüstan hökuməti Azərbaycandan Ermənistana neft məhsullarının tranziti üçün simvolik tarif tətbiq edib. Valyuta.Az-ın verdiyi məlumata görə, bu addım rəsmi Tbilisi ilə Yerevan arasında keçirilən danışıqlarda əsas müzakirə mövzusu olub və Ermənistan rəsmiləri qərara görə Gürcüstan tərəfinə təşəkkürünü bildirib.

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən verilən açıqlamada bildirilir ki, neft məhsullarının Gürcüstan ərazisindən Ermənistana daşınması üzrə tariflərin müzakirəsi 21 fevral 2026-cı il tarixində İrəvanda keçirilən görüş zamanı əsas məsələ olub. Görüşdə Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvrivişvili ilə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bir araya gəliblər.

Tarif detalları açıqlanmasa da, bu rüsumun simvolik səviyyədə müəyyən edildiyi bildirilir. Mənbələr qeyd edir ki, 2025-ci ilin dekabrında Gürcüstan Azərbaycandan Ermənistana ilk neft tranzitini tamamilə pulsuz həyata keçirmişdi. Sonrakı yüklər isə ənənəvi tariflə həyata keçirilmişdi ki, bu da Ermənistan tərəfindən narazılıqla qarşılanmışdı.

Ermənistan rəsmiləri bu addımı regional əməkdaşlıq çərçivəsində müsbət addım kimi qiymətləndiriblər və Tbilisiyə təşəkkürünü ifadə ediblər. Tarifin məbləği ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2,2% azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

"Lamborghini" əvvəllər traktor istehsal edirdi, "Samsung" isə balıq ticarəti ilə məşğul idi - SƏHƏR OXUSU

21.02.2026

Ölkə üzrə fevral ayının pensiya ödənişləri yekunlaşıb

20.02.2026

“WhatsApp”a yeni funksiya əlavə edildi

20.02.2026

Aprel ayında günəşli tətil üçün dünyanın 7 gözəl məkanı

20.02.2026

2025-ci ildə Avropada ən çox hansı avtomobil satılıb? - TOP-10

20.02.2026

Paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

20.02.2026

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi

20.02.2026

Məzənnə

Yüklənir...