Redaktor
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödəniləcəyi hallar müəyyənləşir.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin yalnız Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu halda əlavə təhsil istisna olacaq. Başqa sözlə, bu halda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməyəcək.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər aşağıdakılardır:
– Sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:
– dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
– dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan şəhid ailəsinin üzvləri;
– dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər;
– dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər və peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslər;
– dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;
– dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları;
– dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsil alan 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər;
– dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsil alan köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar;
– işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslər.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAprel ayında günəşli tətil üçün dünyanın 7 gözəl məkanı
20.02.20262025-ci ildə Avropada ən çox hansı avtomobil satılıb? - TOP-10
20.02.2026Paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
20.02.2026Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi
20.02.2026Sürücülərin nəzərinə: sərnişin və yük daşımaq üçün bu sənədlər tələb olunacaq
20.02.2026Bu ərazilərdə 2 gün su olmayacaq
20.02.2026MUFG analisti: "Sabit koinlər ödəniş vasitəsi kimi "Bitcoin"dən daha uyğundur"
20.02.2026IMF: Azərbaycanın cari əməliyyatlar hesabı 2026-2027-ci illərdə profisitli olacaq
20.02.2026Antiinhisar Dövlət Agentliyinin üç qurumu birləşdirilir
20.02.2026Fevralda investorlar ABŞ yerinə Avropaya rekord vəsait yatıracaq
20.02.2026Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
20.02.2026
Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - CƏDVƏL
20.02.2026Mobil rabitə gəlirləri açıqlandı
20.02.2026Yeni dövlət qurumları yaradıldı - FƏRMAN
20.02.2026Azərbaycanda əhalinin sayı açıqlandı
20.02.2026Keçmiş bankirə Maliyyə Nazirliyində vəzifə verildi
20.02.2026