Redaktor
Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi
2026-cı ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 1 milyard 264,1 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınmış 1 milyard 112,9 milyon manatla müqayisədə 151,2 milyon manat və ya 13,6% çoxdur.
Göstərilən xidmətlərin 275,4 milyon manatı dövlət mülkiyyəti hesabına formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32,9 milyon manat və ya 13,56% artım deməkdir. 2025-ci ilin yanvarında dövlət sektorunda xidmətlərin dəyəri 242,5 milyon manat olub.
Qeyri-dövlət mülkiyyəti üzrə göstərilən xidmətlərin dəyəri isə 988,7 milyon manat təşkil edib. Bu, illik müqayisədə 118,3 milyon manat və ya 13,59% artım deməkdir. 2025-ci ilin müvafiq dövründə bu göstərici 870,4 milyon manat səviyyəsində idi.
Qeyd edək ki, hüquqi şəxslər tərəfindən əhaliyə 954,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,5%-ni təşkil edib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026