Redaktor
Azərbaycanda son 5 ildə tikinti materiallarının istehsalına nə qədər xərc çəkilib?
Azərbaycanda hər il tikinti materiallarının istehsalında artım müşahidə olunur.
Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 1 milyard 312,3 milyon manatlıq tikinti materialları istehsal edilib.
Valyuta.az xəbər verir ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,8 milyon manat və ya 1,68% çoxdur.
Statistikaya əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında tikinti materiallarının istehsalı 1 milyard 290,5 milyon manat təşkil edib.
2023-cü ilin eyni dövründə isə bu sahədə istehsalın həcmi 1 milyard 54,1 milyon manat olub. Beləliklə, 2024-cü ildə tikinti materiallarının istehsalında 236,4 milyon manat və ya 22,42% artım qeydə alınıb.
Bundan əvvəl, 2022-ci ilin yanvar-noyabr aylarında tikinti materiallarının istehsalı 994,9 milyon manat dəyərində olub. Bu da 2023-cü ilin eyni dövründə istehsalın 59,2 milyon manat və ya 5,95% artması deməkdir.
2021-ci ilin yanvar-noyabr aylarında ölkədə 783 milyon manatlıq tikinti materialları istehsal edilib. Nəticədə, 2022-ci ildə bu sahədə istehsal həcmi 211,5 milyon manat və ya 26,99% artıb.
Daha əvvəl, 2020-ci ilin yanvar-noyabr aylarında tikinti materiallarının istehsalına 660,8 milyon manat vəsait ayrılıb. Bu isə 2021-ci ildə istehsalın 122,6 milyon manat və ya 18,55% artması ilə nəticələnib.
| İl (yanvar-noyabr) | İstehsal həcmi (mln manat) | İllik artım (mln manat) | İllik artım (%) |
|---|---|---|---|
| 2025 | 1 312,3 | 21,8 | 1,68 |
| 2024 | 1 290,5 | 236,4 | 22,42 |
| 2023 | 1 054,1 | 59,2 | 5,95 |
| 2022 | 994,9 | 211,5 | 26,99 |
| 2021 | 783 | 122,6 | 18,55 |
| 16.01.2026 |
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“İmkanı zəif olan şəxslərə bank sektoru tərəfindən kredit verilmir” - İqtisadçı
19.01.2026Azərbaycanda 22 mindən çox işsiz var
19.01.2026İsrailin Azərbaycandakı sabiq səfiri vəfat etdi
19.01.2026Ötən il dövlət büdcəsində 528 milyon manata yaxın profisit olub
19.01.2026Azərbaycan əhalisinin sayı açıqlandı
19.01.2026Sabah bir sıra yollar bağlanacaq
19.01.2026"Kapital Bank"ın kredit portfeli 5 milyard manatı ötüb
19.01.2026Milyarderlərin əməl edib, adi insanların nəzərə almadığı qaydalar - “Pul qanunları”
19.01.2026