Redaktor
Azərbaycan neftinin ən çox satıldığı ölkələr - TOP 5
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrə 17 milyon 608 min 860 ton miqdarında bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsulun ixracından 11 milyard 8 milyon 329 min ABŞ dolları gəlir əldə olunub. Bu dövrdə ən çox neft məhsulları İtaliyaya ixrac edilib. Belə ki, İtaliyaya ixrac olunan neftin miqdarı 6 milyon 575 min 259 ton, dəyəri isə 4 milyard 164 milyon 18 min dollar olub.
Bundan başqa, İsrailə 2 milyon 372 min 438 ton miqdarında, 1 milyard 464 milyon 48 min dollar dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Üçüncü yerdə 1 milyon 246 min 961 ton miqdarı, 790 milyon 37 min ABŞ dolları dəyəri ilə Çexiya qərarlaşıb.
Daha sonra ən çox bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilən ölkə Hindistan olub. Hindistana bu dövrdə 1 milyon 92 min 226 ton miqdarında, 683 milyon 627 min dollar dəyərində neft satılıb.
Siyahının sonuncu yerində Xorvatiya qərarlaşıb. Bu ölkəyə cari ilin 9 ayında 1 milyon 5 min 81 ton miqdarında bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib ki, bundan da əldə olunan gəlir 627 milyon 1 min dollar olub.
Əvəz Həsənov
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO
20.01.2026Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək
20.01.2026Milyarderlərə saxta Davos biletləri satılıb
20.01.2026Metroda xətlərin ayrılacağı tarix açıqlandı
20.01.2026Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb
20.01.2026BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər
20.01.2026"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir
20.01.2026Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi
20.01.2026İctimai iaşə dövriyyəsi artıb
20.01.2026"ChatGPT"də reklamlar necə yayımlanacaq?
20.01.2026Uşaqlar üçün olan bu məhsul bahalaşdı
20.01.2026İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
20.01.2026Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı
20.01.2026