Redaktor
AFB Bank gəlir və mənfəət hədəflərini açıqlayıb
"AFB Bank 2025-ci ili yeni transformasiya mərhələsinin başlanğıcı kimi müəyyənləşdirib və bu çərçivədə bütün əsas xərcləri məhz ilkin illərə yönəltməyə çalışıb. Məqsəd, sonrakı illərdə bankın fəaliyyətini daha səmərəli və effektiv şəkildə qurmaq, qoyulan gəlirlilik və mənfəətlilik hədəflərinə çatmaqdır".
Valyuta.az xəbər verir ki, bu barədə bankın İdarə Heyəti sədrinin müavini Lalə Quliyeva bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bank 2026-cı ildə 9 milyon manat, 2027-ci ildə 13 milyon manat, 2028-ci ildə 17–18 milyon manat, 2029-cu ildə isə 22 milyon manat həcmində xalis mənfəət əldə etməyi hədəfləyir.
Əməliyyat mənfəəti üzrə proqnozlara əsasən, 2026-cı ildə bu rəqəm 11 milyon manat, 2027-ci ildə 16 milyon manat, 2028-ci ildə 22 milyon manat, 2029-cu ildə isə 27 milyon manat səviyyəsində nəzərdə tutulub.
Lalə Quliyeva qeyd edib ki, bu göstəricilərə çatmaq üçün bank daxilində struktur dəyişiklikləri aparılıb. Komandanın gücləndirilməsi, mövcud ştatın maarifləndirilməsi, rəqəmsal transformasiya proseslərinin genişləndirilməsi, risk menecmenti ofislərinin inkişafı və satış komandası üçün yeni kadrların cəlb edilməsi istiqamətində addımlar atılıb.
Onun sözlərinə görə, bu dəyişikliklər inzibati xərclərin artmasına səbəb olsa da, qoyulan investisiyaların gəlirliliyini növbəti illərdə müşahidə etmək mümkün olacaq.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026