Redaktor
“Assist Finance" ilk dəfə dövriyyə itkisi ilə üzləşib -100 mln. manatdan çox azalma
“Assist Finance İnvestisiya Şirkəti” ASC ilk dəfə dövriyyə itkisi ilə üzləşib.
Valyuta.az xəbər verir ki, investisiya şirkəti sahibini dəyişib rebrendinq etdikdən sonra ilk dəfə dövriyyəsində azalma müşahidə edilib.
Məlumata görə, şirkətin bu ilin ilk yarısında daxili birjada dövriyyəsi 1170 əqd üzrə 2,89 mlrd. manat manat təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 3,4% və ya 103 mln. manat azdır. 2024-cü ilin ilk yarısında investisiya şirkətinin BFB-dəki dövriyyəsi 850 əqd üzrə 2,99 mlrd. manat olub.
Bu ilin yanvar-iyun ayları üzrə “Assist Finance”ın bir əqdinin orta dəyəri 2,5 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 30% azdır. Ötən ilin eyni dövründə bu rəqəm 3,5 mln. manat təşkil edib.
Bu dövrdə “Assist Finance”ın dövriyyəsinin 2,2 mlrd. manatı repo əməliyyatlarının, 204,76 mln. manatı dövlət istiqrazlarının, 486,04 mln. manatı korporativ istiqrazların, 85,88 mln. manatı Mərkəzi Bankın notlarının, 12,73 mln. manatı isə səhmlərin payına düşüb.
Xatırladaq ki, “Assist Finance Investisiya Şirkəti” ASC 2018-ci ildə qeydiyyata alınmış və təsis olunmuş “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir. 2023-cü ildə 350 min manata investisiya şirkətinin keçmiş direktoru Ruslan Cəfərova satılıb.
Nara
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər15 il əvvəl çıxan "iPhone" yenidən populyarlaşdı: Səbəb nədir?
12.01.2026Sabah intensiv yağış yağacaq, sulu qara keçəcək
12.01.2026Banklarda valyuta risklərinə nəzarət gücləndirilir - RƏSMİ
12.01.2026Dövlət Neft Fondunun xərcləri bu səbəblərə görə azalıb
12.01.2026Prezidentin sədrliyi ilə müşavirə keçirildi
12.01.2026Milyonlarla istifadəçisi olan "Microsoft" tətbiqi "təqaüdə" çıxır
12.01.2026Azərbaycan qazının builki büdcə qiyməti açıqlanıb
12.01.2026Məzənnə dəyişəndə, kimlər qazanır, kimlər itirir?
12.01.2026"Birmarket"in direktoru dəyişdi
12.01.2026
Ən çox filialı olan banklar - CƏDVƏL
12.01.2026"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
12.01.2026ABŞ-da 120 min dollar maaş verilən minlərlə iş yeri boş qalıb - Səbəb nədir?
12.01.2026Dünyanın ən böyük 10 iqtisadiyyatı - SİYAHI
12.01.2026Nazir Hasil Abbasova müavin təyin etdi
12.01.2026Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verilib
12.01.2026ABB-yə aid investisiya şirkətinin dövriyyə itkisi 20 milyard manatı ötüb
12.01.2026