Redaktor
Trampın illik gəliri açıqlandı
ABŞ Prezidenti Donald Tramp ötən il kriptovalyuta, qolf klubları, lisenziyalaşdırma və digər bizneslərdən 600 milyon dollardan çox gəlir əldə edib.
Valyuta.az xəbər verir ki, bu barədə onun təqdim etdiyi illik maliyyə hesabatında qeyd olunub.
Sənəddə dövlət başçısının kriptovalyuta sahəsinə yatırımlarının sərvətini əhəmiyyətli dərəcədə artırdığı, bununla yanaşı digər layihələrdən də böyük məbləğdə gəlir əldə etdiyi qeyd olunub. Hesablamalara əsasən, Trampın ümumi aktivləri azı 1,6 milyard dollar dəyərindədir.
O, bizneslərini övladlarının idarə etdiyi etimad fonduna keçirdiyini desə də, açıqlanan məlumatlar gəlirlərin yenə də ona çatdığını göstərir. Bu isə maraqlar toqquşması ilə bağlı tənqidlərə səbəb olub.
Prezidentin bu il təqdim etdiyi “$TRUMP” adlı “meme coin” layihəsindən təxminən 320 milyon dollar gəlir gəlir götürdüyü bildirilib, lakin bu məbləğin Trampın şirkəti ilə tərəfdaşlar arasında necə bölündüyü açıqlanmayıb.
Məlumata görə, Tramp ailəsi “meme coin” gəlirləri ilə yanaşı, mərkəzsiz maliyyə şirkəti olan “World Liberty Financial” vasitəsilə 400 milyon dollardan çox gəlir əldə edib.
Tramp ailəsi həmçinin bitkoin mədəni, həm də rəqəmsal aktivlərlə bağlı birja fondlarına sərmayə qoyub. Sənədlərdə Tramp “World Liberty”də token satışından 57,35 milyon dollar gəlir və 15,75 milyard idarəetmə tokeninə sahib olduğunu bəyan edib.
Bundan əlavə, prezident biznes fəaliyyətindən kənar passiv investisiyalardan da (əsasən faiz və dividendlər hesabına) azı 12 milyon dollar gəlir əldə edib. Hesablamalara əsasən, bu investisiyaların ümumi həcmi azı 211 milyon dollardır.
Trampın ən iri sərmayələri alternativ fond meneceri “Blue Owl Capital Corp.”, eləcə də “Charles Schwab” və “Invesco”nun idarə etdiyi dövlət istiqraz fondlarına yönəlib.
©Teleqraf
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Azərbaycanda ən çox qadın sahibkar hansı rayonlardadır? - CƏDVƏL
19.01.2026"İvanovka" "Atena" və digər rəqibindən şikayətçidir
19.01.2026Bakıda çovğun olacaq
19.01.2026Bu şəxslər öz-özünü sığorta edəcəklər
19.01.2026Prezidentlə xanımı İsveçrədədir - Fotolar
19.01.2026“İmkanı zəif olan şəxslərə bank sektoru tərəfindən kredit verilmir” - İqtisadçı
19.01.2026Azərbaycanda 22 mindən çox işsiz var
19.01.2026İsrailin Azərbaycandakı sabiq səfiri vəfat etdi
19.01.2026Ötən il dövlət büdcəsində 528 milyon manata yaxın profisit olub
19.01.2026Azərbaycan əhalisinin sayı açıqlandı
19.01.2026Sabah bir sıra yollar bağlanacaq
19.01.2026"Kapital Bank"ın kredit portfeli 5 milyard manatı ötüb
19.01.2026Milyarderlərin əməl edib, adi insanların nəzərə almadığı qaydalar - “Pul qanunları”
19.01.2026