"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

Redaktor

11.06.2025 01:45
234

"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

"Google" şirkəti "Chrome" brauzerinin 139-cu versiyasını təqdim edərək onu tarixdəki ən sürətli versiya adlandırıb. Şirkətin iddiasına görə, "Chrome" brauzeri "Speedometer 3.0" testində əvvəlki göstəricilərlə müqayisədə 10% daha yüksək sürət əldə edib. Bu, avqust 2024-cü illə müqayisədə əhəmiyyətli irəliləyişdir.

Sürət artıb, amma narahatlıqlar qalır

Valyuta.az xəbər verir ki, sürət artımı bir neçə texniki yeniliyin nəticəsi olub: səhifələrin renderlənməsi (vizual göstərilməsi) mexanizmləri təkmilləşdirilib, keş istifadəsi optimallaşdırılıb və yaddaş idarəetməsi ilə məlumat strukturlarında yeniliklər edilib.

"Google"un məlumatına görə, brauzerin səhifə yükləmə sürəti və interaktivliyi nəzərəçarpacaq dərəcədə artıb. Bununla belə, rəsmi açıqlamada "Chrome"un digər brauzerlərlə, məsələn, "Firefox" və ya "Microsoft Edge" ilə müqayisəsi aparılmayıb. Bu isə "Chrome"un üstünlüklərinin obyektiv qiymətləndirilməsini çətinləşdirir.

İstifadəçilər narazıdır: RAM istifadə hələ də yüksəkdir

Yeniliklərə baxmayaraq, istifadəçilər "Chrome"un sistem resurslarını həddindən artıq istifadəsi ilə bağlı narazılıqlarını davam etdirirlər. Xüsusilə də az yaddaşa malik olan cihazlarda bu "iştahlı" brauzer hələ də cihazı yükləyir və batareyanı tez tükədir.

"Google" son illərdə "Chrome"un yaddaş və enerji istifadəsini azaltmaq üçün bir sıra tədbirlər görsə də, istifadəçilərin bir qismi bu dəyişikliklərin reallıqda ciddi fərq yaratmadığını bildirir.

İzlənmə ilə bağlı narahatlıqlar davam edir

Digər bir narahatlıq isə "Chrome"un istifadəçi fəaliyyətlərini izləməsi ilə bağlı iddialardır. İstifadəçilər "Google"un məxfilik siyasətinə etimadla yanaşmır. Bu cür ittihamlar digər böyük texnologiya şirkətləri üçün də keçərlidir, lakin "Chrome"un bazar lideri olması səbəbilə ona diqqət daha çoxdur.

"Chrome"un bazar payı dəyişmir

Son statistikaya əsasən, "Chrome" qlobal brauzer bazarının 65%-nə sahibdir və liderliyini qoruyur. "Microsoft"un "Windows" sistemlərində standart olaraq təqdim etdiyi Edge isə 13% istifadə payına malikdir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

15 il əvvəl çıxan "iPhone"  yenidən populyarlaşdı: Səbəb nədir?

12.01.2026

Sabah intensiv yağış yağacaq, sulu qara keçəcək

12.01.2026

Banklarda valyuta risklərinə nəzarət gücləndirilir - RƏSMİ

12.01.2026

Dövlət Neft Fondunun xərcləri bu səbəblərə görə azalıb

12.01.2026

Prezidentin sədrliyi ilə müşavirə keçirildi

12.01.2026

Milyonlarla istifadəçisi olan "Microsoft" tətbiqi "təqaüdə" çıxır

12.01.2026

Azərbaycan qazının builki büdcə qiyməti açıqlanıb

12.01.2026

Məzənnə dəyişəndə, kimlər qazanır, kimlər itirir?

12.01.2026

"Birmarket"in direktoru dəyişdi

12.01.2026
Ən çox filialı olan banklar

Ən çox filialı olan banklar - CƏDVƏL

12.01.2026

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

12.01.2026

ABŞ-da 120 min dollar maaş verilən minlərlə iş yeri boş qalıb - Səbəb nədir?

12.01.2026

Dünyanın ən böyük 10 iqtisadiyyatı - SİYAHI

12.01.2026

Nazir Hasil Abbasova müavin təyin etdi

12.01.2026

Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verilib

12.01.2026

ABB-yə aid investisiya şirkətinin dövriyyə itkisi 20 milyard manatı ötüb

12.01.2026
Günel Mavliyarova “PAŞA Bank”da yeni vəzifəyə təyin edildi

Günel Mavliyarova “PAŞA Bank”da yeni vəzifəyə təyin edildi

12.01.2026

ABŞ Ədliyyə Nazirliyi FED sədri Cerom Pauellə bağlı cinayət istintaqına başlayıb

12.01.2026

Vergi sistemində yenilik: Azərbaycanda kimlərə maliyyə sanksiyası tətbiq edilməyəcək?

12.01.2026

"İşçi şirkətin əmlakına zərər vurarsa, pulunu özü ödəməlidir"

12.01.2026

Məzənnə

Yüklənir...