Redaktor
Sığortaçı: "Türkiyədəki kimi zəlzələ Bakıda olarsa, ölkəyə 50 milyard dollarlıq zərər dəyə bilər"
Bakıda Türkiyədəki kimi zəlzələ baş versə, ölkəyə 50 milyard ABŞ dolları məbləğində zərər vuracaq.
Bunu ölkənin sığorta şirkətlərindən birinin Direktorlar Şurasının sədri Rəşad Əhmədov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
"Katastrofik risklərin idarə edilməsi çərçivəsində yaxın tarixə baxsaq, 1999-cu ilə Türkiyənin Mərmərə bölgəsində baş vermiş zəlzələ nəticəsində 20 milyard dollarlıq birbaşa, 50 milyard dollarlıq isə bilavasitə zərər oldu. Halbuki, bu dövrdə ümumi zərərin 10 %-i belə sığortalı deyildi. Odur ki, yükün böyük hissəsi dövlətin üzərinə düşdü. 2023-cü ildə baş vermiş Kahramanmaraş zəlzələsi zamanı isə 105 milyard dollarlıq zərər ortaya çıxdı. Bu zərərin yalnız 5 milyard dollarını sığorta şirkətləri qarşıladı.
Azərbaycanla müqayisə aparmağa çalışıram. Düzdür, Türkiyənin ərazisi böyükdür, ancaq bu o demək deyil ki, biz onlardan 10 dəfə kiçik əraziyə malik olduğumuz üçün zərər 10 dəfə az olacaq. Müqayisə üçün deyə bilərəm ki, təkcə Bakıdakı Heydər Əliyev Mərkəzinin və Alov Qüllələri Kompeksinin inşasının dəyəri 1 milyard ABŞ dollarından çoxdur. Son 20 ildə Bakıda dövlət sifarişi ilə tikilən, bundan başqa özəl şirkətlərin inşa etdiyi binalar var. Zəlzələ baş verdikdə nə qədər böyük kotostrofik risklə qarşı-qarşı qaldığımızı təsəvvür edə bilərsiniz. Nəzərə alaq ki, Azərbaycanda bu risklərin heç 10 %-i sığortalanmayıb. Digər 90 % necə qarşılanacaq, iqtisadiyyat necə bir yüklə qarşı-qarşıya qalacaq, bu pulu haradan tapacağıq, bütün bunlar sualdır", - deyə o qeyd edib.
©report
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan neftinin qiyməti rekord qırdı - 128 dolları keçdi
31.03.2026ABŞ-də benzinin qiyməti son dörd ildə ilk dəfə 4 dolları keçib
31.03.2026Türk lirəsi dəyər itirir
31.03.2026Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı
31.03.2026Azərbaycanda hansı nəqliyyat vasitələri daha çox istehsal olunub?
31.03.2026İnvestor cəlb etmədən milyardlıq biznes qurdu - SƏHƏR OXUSU
31.03.2026Jeff Bezos-un riskləri şişirtmək və imkanları kiçiltməkdən yayınmağının 4 yolu
30.03.2026Şokolad idxalının həcmi 37%-dən çox azaldı
30.03.2026Çay ixracından ölkəyə daxil olan valyuta 56 min dollar artıb
30.03.2026Pulun gələcəyi necə olacaq? – Ekspertlərdən yeni proqnozlar
30.03.2026Kulevidəki NEZ Azərbaycan üzərindən Rusiya neftindən tam imtina etmək niyyətindədir
30.03.2026“eMed” startapı 200 milyon dollar investisiya alıb
30.03.2026Tikinti sahəsində investisiyalar 47,9 milyon manat azalıb
30.03.2026TAP vasitəsilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
30.03.2026Xəzər üçün milyonlar: Böyük ekoloji layihə təsdiqlənir
30.03.2026Şirkət səhmi alarkən aldanmayın: Diqqət etməli olduğunuz 5 əsas təhlükə
30.03.2026