Redaktor
Startaplar investorlarla danışarkən bu 9 cümləni işlətməməlidir - SƏHƏR OXUSU
Startap dünyasında ən yaxşı ideya belə yanlış təqdimat qarşısında dəyərini itirə bilər. İnvestorla ilk görüş bəzən milyonlarla dollarlıq qərarı müəyyənləşdirir və bircə səhv ifadə potensial sərmayəni dərhal sıradan çıxara bilər. Məhz buna görə də tanınmış investor və M&A mütəxəssisi Richard Harroch startapların investorlarla danışarkən heç vaxt işlətməməli olduğu 10 təhlükəli ifadəni açıqlayıb.
Valyuta.az həmin siyahını təqdim edir:
1. “Bizim rəqibimiz yoxdur”.
Bu yanaşma startapın bazarı anlamadığını göstərir. Hər biznesin rəqibi var.
2. “Biz məlumat verməzdən əvvəl məxfilik müqaviləsi imzalayın”.
Əksər investorlar məxfilik müqaviləsi imzalamır və bu tələb dialoqun başlanğıcında mənfi siqnal yaradır.
3. “Bizdə əla ideya var, onu inkişaf etdirmək üçün investisiya istəyirik".
İnvestorlar ideyaya deyil, traksiyaya baxır: satış, istifadəçi artımı, tərəfdaşlıq və s.
4. “Üç ilə 500 milyon satış edəcəyik”.
Reallıqdan uzaq proqnozlar investorları uzaqlaşdırır.
5. “Şirkəti MMC kimi yaratmışıq, investisiya ora qoyulsun”.
Peşəkar investorlar əsasən hüquqi və korporativ cəhətdən tam formalaşmış şirkət quruluşlarına sərmayə yatırırlar.
6. “Yeni başlamışıq, amma dəyərimiz 50 milyon dollardır”.
Əsaslandırılmamış yüksək qiymətləndirmə investorların ən sevmədiyi siqnallardandır.
7. “Məhsul özünü satacaq”.
Heç bir məhsul “özünü satmır”. Satış və müştəri qazanma strategiyası mütləqdir.
8. “Sizə 50 səhifəlik biznes planı göndərim.”
İnvestorların istədiyi material 15-20 slaydan ibarət qısa "pitch-deck."
9. “Biz hələ marketinq strategiyası barədə düşünməmişik”.
İnvestorlar məhsulun bazara çıxış strategiyasını dəqiq görmək istəyir.
Harroch bildirir ki, startap təsisçiləri investor qarşısında realistik, məlumatlı və bazar dinamikasından xəbərdar olmalıdır. Kiçik görünən ifadələr belə böyük investisiya imkanlarını təhlükəyə sala bilər.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBritaniya banknotlarında Çörçillin yerini heyvanlar tuta bilər
12.03.2026ABŞ "Binance" ilə bağlı İran sanksiyalarının pozulması iddialarını araşdırır
11.03.2026Al bumu səbəbindən Android smartfonları köhnə texnologiyalara qayıdacaq
11.03.2026"Apple" yeni emoji təqdim edir: 2026-cı ilin simvolu bu ola bilər
11.03.2026“Münaqişə davam edərsə, neftin qiyməti 200 dollara çatacaq”
11.03.2026Azərbaycanda Təhlükəsiz İdman Komissiyası yaradıldı
11.03.2026Ən çox satılan 5 albom
11.03.2026IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq
11.03.2026İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
11.03.2026Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir
11.03.2026Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq
11.03.2026İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır
11.03.2026İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər
11.03.2026Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır
11.03.2026İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib
11.03.2026