Sığorta şikayətlərinin artması fonunda "PAŞA Sığorta”nın yığımları azalır - 1 milyonluq geriləmə

Redaktor

02.05.2025 17:36
580

Sığorta şikayətlərinin artması fonunda "PAŞA Sığorta”nın yığımları azalır - 1 milyonluq geriləmə

"PAŞA Sığorta” şirkətinin yığımlarında son dövrlərdə ilk dəfə azalma müşahidə edilib.  

Valyuta.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Sığorta şirkəti bu ilin ilk rübündə 114,88 mln. manat sığorta haqqı toplaya bilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 0,9% və ya 1 milyon manat azdır. Belə ki, 2024-cü ilin ilk rübündə “PAŞA Sığorta” 115,95 milyon manat sığorta yığımı əldə edə bilmişdi.   

"PAŞA Sığorta”nın yığımları ilə yanaşı, sığorta ödənişləri də azalmağa başlayıb. 

Belə ki, şirkətin ödənişləri 2025-ci ilin yanvar-mart aylarında 1,5% və ya 430 min manat civarında azalaraq  27,68 mln. manata enib. Ötən ilin eyni dövründə bu rəqəm 28,1 mln. manat təşkil edib. 

Bununla belə, sığorta şirkətinin zərərlilik göstəricisində ciddi bir dəyişiklik müşahidə edilməyib. Bu dövrdə “PAŞA Sığorta”nın ödəniş-yığım nisbəti 24,1% təşkil edib. 

Qeyd edək ki, “PAŞA Sığorta” Azərbaycan sığorta bazarının əsas oyunçusu olsa da, xidmət keyfiyyəti ilə bağlı suallar yaranıb. Şirkət ötən ildən etibarən Mərkəzi Bankın ən çox şikayət olunan sığorta şirkətlərin sırasında öndə yer alır. 

Xatırladaq ki, "PAŞA Sığorta” 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi, həm də İdarə heyətinin sədri Ülviyyə Kərim qızı Cabbarovadır. Şirkətin nizamnamə kapitalı isə 50 milyon manatdır.

Nara

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Banklara dollarla daha çox əmanət yerləşdirən iqtisadi rayonlar - SİYAHI

03.03.2026

“SAĞLAM AİLƏ” Tibb Mərkəzləri Şəbəkəsinə yeni direktor təyin edilib

03.03.2026

“ChatGPT”nin Azərbaycanda bazar payı açıqlandı

03.03.2026

16 ildir fəaliyyət göstərən bağça bağlandı

03.03.2026

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

03.03.2026

Ən çox nağd vəsaitə malik şirkətlər açıqlanıb - SİYAHI

03.03.2026

“Atəşgah" Sığortanın illik yığımları 1 milyon manatdan çox azalıb

03.03.2026

Nazir İradə Xəlilovaya vəzifə verdi

03.03.2026

"Apple" "iPhone 17e"ni təqdim etdi - Qiymət

03.03.2026

Bu ölkələrdən gələn turistlər Azərbaycanda milyonlar xərcləyib

03.03.2026

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir

03.03.2026

“Su İdman Sarayı”nda 1,2 milyonluq yenilənmə

03.03.2026

Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb ®

03.03.2026
Xarici valyutada kreditlər üzrə faizlər bir ildə necə dəyişib?

Xarici valyutada kreditlər üzrə faizlər bir ildə necə dəyişib?

03.03.2026

Neftimizin qiyməti 7 dollara yaxın bahalaşıb

03.03.2026

Rubl və avro dəyər itirir

03.03.2026

Məzuniyyət haqqının hesablanması dəyişməyib: 2026-cı il ilə bağlı yayılan yanlış məlumatlara aydınlıq

03.03.2026

Pul haradan yaranıb? - SƏHƏR OXUSU

03.03.2026

Uorren Baffet bazar enişləri zamanı necə varlı qalır?

02.03.2026

Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb

02.03.2026

Məzənnə

Yüklənir...