Redaktor
S&P: Azərbaycan bank sektorunun gəlirliliyi 2024-2025-ci illərdə sabit olacaq
"Azərbaycan bank sistemi uzun sürən korreksiyadan sonra bərpa olunur".
Valyuta.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycanın bank sektoru ilə bağlı qiymətləndirməsində bildirilib.
Qeyd edilib ki, əmtəə qiymətlərinin əlverişli dinamikası kredit tələbini stimullaşdırıb, bu isə aktivlərin keyfiyyətinin yaxşılaşması ilə nəticələnib. Bank sisteminin 2021-2023-cü illərdə yüksək kreditləşmə ilə bərpa prosesini davam etdirəcəyi gözlənilir.
“S&P Global Ratings” ölkənin bank sektorunun gəlirliliyini isə sabit olacağını gözləyir: "Biz 2023-cü il səviyyələrinə uyğun olaraq 2024-cü ilin gəlirliliyini proqnozlaşdırırıq. Sektorunun kapitalının gəlirliliyi (RoAA) 2024-2025-ci illərdə 2,1% təşkil edəcək. Gözləntimiz pərakəndə məhsullara, risk dəyərinin normallaşdırılmasına və əməliyyat xərclərinə nəzarətə yönəlmiş yeni kredit artımına əsaslanır".
S&P həmçinin, aktiv keyfiyyətinin orta dərəcədə pisləşəcəyi gözləntisindədir. Belə ki, problemli kreditlərin 2024-cü ilin aprel ayının sonundakı 2.7%-dən növbəti 24 ay ərzində 3.5%-ə qədər artacağı proqnozlaşdırılıb. Agentlik bunu sektorun kredit portfelinin artım dinamikasının əvvəlki illərə nisbətən aşağı olması və bankların əlavə ehtiyat ehtiyacları ilə qarşılaşacağı gözləntisi ilə əlaqələndirib. Belə ki, S&P 2024-2025-ci illərdə kredit portfelinin 13% artacağını proqnozlaşdırıb. 2023-cü ildə bu rəqəm 18% təşkil edib. Əlavə edilib ki, 2024-2025-ci illərdə kredit itkiləri portfelin 1,0%-1,2%-i səviyyəsində qalacaq.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÖdəniş kartları ilə 11 mlrd. manatdan çox əməliyyatlar aparılıb
10.03.2026Azərbaycanda məşhur karqo şirkəti fəaliyyətini dayandırır
10.03.2026"İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər"
10.03.2026
"Məqsədsiz pul yığmaq bəzən daxili qorxuların nəticəsi olur"
10.03.2026Bakıda pərakəndə ticarət dövriyyəsi 3 milyard manatı keçib
10.03.2026
Bakıda ötən il əməkhaqqı 1 381 manat olub
10.03.2026Qazaxıstandan olan "Armeta" startapı ABŞ-ın aparıcı akseleratorlarından birinə daxil olub
10.03.2026Azərbaycan neftinin qiyməti 103 dolları ötüb
10.03.2026