Redaktor
"USQ"yə kriptovalyuta göndərdi - 7 il həbs cəzası aldı
Yakutiyadan olan bir Rusiya vətəndaşı Ukrayna Silahlı Qüvvələrinə ("USQ") maliyyə dəstəyi göstərərək kriptovalyuta göndərdiyinə görə yeddi il müddətinə həbs cəzasına məhkum edilib.
Valyuta.Az "İzvestiya"ya istinadən xəbər verir ki, həmin şəxs hazırda yüksək təhlükəsizlikli həbsxanada saxlanılır. O, Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı göstərdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub. Və Rusiyada ilk dəfəolaraq kriptovalyutanın müxalif hərbi təşkilatı maliyyələşdirmək üçün istifadəsi ilə bağlı ictimai hökm çıxarılır.
Saxa Respublikası (Yakutiya) üzrə "FSB" idarəsinin açıqlamasında bildirilib: “1988-ci il təvəllüdlü bir şəxsə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 275-ci maddəsi əsasında cinayət işi açılmış və istintaq aparılmışdır.”
Həmin şəxsə “dövlətə xəyanət etmək, yəni xarici dövlətə, beynəlxalq və ya xarici təşkilata maliyyə yardımı göstərmək” ittihamı irəli sürülüb. Bu əməl Rusiya hökumətinin təhlükəsizliyinə qarşı fəaliyyət kimi qiymətləndirilib.
Məhkumun şəxsiyyəti ictimaiyyətə açıqlanmayıb, lakin onun Saxa Respublikasında – Yakutiyada yaşayan və almaz mədən şirkətində çalışan biri olduğu bildirilib. "FSB" idarəsinin keçirdiyi mətbuat konfransında qeyd olunub ki, həmin şəxs sosial şəbəkədə Ukrayna Silahlı Qüvvələrinin üzvləri ilə əlaqə saxlayan bir qrupa qoşulub.
Bu qrup vasitəsilə ona kripto pulqabısı üzərindən "USQ"yə maliyyə dəstəyi göndərmək üçün təlimatlar verilib. Rusiya Federasiyası bu təşkilatı “terrorçu təşkilat” kimi tanıyır.
Qeyd edək ki, Ukrayna hökuməti Rusiyanın beynəlxalq ödənişlər üçün "Bitcoin"dən istifadəsinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir. Rusiya maliyyə naziri ölkənin Qərb sanksiyalarından yan keçmək üçün kriptovalyutadan istifadə etdiyini bəyan edib.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDövlət Vergi Xidməti 10 milyon manatlıq tenderi elan edib
15.12.2025Gömrük generalı təqaüdə göndərildi
15.12.2025“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub
15.12.2025Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir
15.12.2025Bu avtomobillər ucuzlaşa bilər?
15.12.2025Yanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025