Redaktor
"iPhone 17 Pro" böyük yeniliklərlə gəlir: əsas xüsusiyyətlər - FOTO
"iPhone 17 Pro" seriyası ilə xüsusiyyətlər tamamilə dəyişir. 24 MP ön kamera, 12 GB RAM və alüminium dizaynla təqdim edilməsi gözlənilən yeni nəsil iPhone-un təfərrüatları belədir:
Texnologiya nəhəngi "Apple"ın 2025-ci ildə təqdim edəcəyi "iPhone 17 Pro" seriyası texnologiya dünyasında böyük maraq doğuran yeniliklərlə gələcək.
Valyuta.Az xəbər verir ki, şirkətin əsas modellərində edəcəyi mühüm texniki və dizayn dəyişikləri, xüsusilə süni intellekt tətbiqlərinin genişlənməsi ilə istifadəçi təcrübəsini daha yüksək səviyyəyə çatdırmağı hədəfləyir.
"iPhone 17 Pro" seriyasının gözlənilən xüsusiyyətləri
Yeni nəsil "A19 Pro" prosessoru: "Apple" yalnız Pro modelləri üçün nəzərdə tutulmuş bu güclü çipi təqdim edəcək. Bu çip, standart "iPhone 17" modellərində istifadə ediləcək "A19" prosessorundan daha yüksək performans təmin edəcək. Süni intellekt tətbiqlərinin artan tələbləri nəzərə alınaraq, "iPhone 17 Pro" və "Pro Max" modellərinin 12 GB RAM ilə təchiz olunması böyük bir yenilikdir. Bu artım mövcud modellərlə müqayisədə 50% inkişaf deməkdir və iPhone tarixində ən yüksək RAM göstəricisidir.
Bağlantı texnologiyalarında dəyişikliklər: "Apple"ın öz istehsalı olan Wi-Fi və Bluetooth çipinin "iPhone 17 Pro" seriyasında istifadə olunması planlaşdırılır. Lakin sızdırılmış məlumatlara görə, 5G modem mövzusunda "Apple"ın "Qualcomm" ilə əməkdaşlığı davam edəcək. Bundan əlavə, "iPhone 17 Pro Max" modelində "Dinamik Ada"nın daha da kiçildilməsi gözlənilir. Bu dəyişiklik "Face ID" sensorlarının ekrana inteqrasiyası kimi qabaqcıl texnologiyaların xəbərçisi ola bilər.
Dizaynda yeniliklər: Kamera modulunda daha böyük və düzbucaqlı çıxıntının olması gözlənilir. Bu dəyişiklik yeni sensorlar üçün yer təmin etməklə inkişaf etmiş foto və video çəkiliş imkanlarını dəstəkləyəcək. Cihazın üst hissəsində tam genişlikdə alüminium dizayn, alt yarısında isə naqilsiz şarj üçün şüşə material saxlanacaq.
Kamera xüsusiyyətləri: Fotoqrafiya sahəsində "Apple" "iPhone 17" seriyasındakı ön kameranı 12 MP-dən 24 MP-ə yüksəltməyi planlaşdırır. Bu dəyişiklik cihazın foto və video çəkiliş imkanlarını daha da artıracaq.
İlhamverici texnoloji yenilikləri ilə "iPhone 17 Pro" seriyası, istifadəçilərə tamamilə fərqli bir təcrübə vəd edir.
Valyuta.Az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərElektron siqaretlərlə bağlı cərimələr son oxunuşda qəbul edilib
03.03.2026Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu ®
03.03.2026Prezident İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib - Fotolar
03.03.2026İranın Hörmüz boğazını bağlaması Avropada qazı bahalaşdırıb
03.03.2026Magistraturaya qəbul imtahanının ikinci cəhdinin keçiriləcəyi tarix məlum olub
03.03.2026İstilik enerjisi və ictimai nəqliyyat üzrə yeni təkliflər irəli sürülüb
03.03.2026Banklara dollarla daha çox əmanət yerləşdirən iqtisadi rayonlar - SİYAHI
03.03.2026“SAĞLAM AİLƏ”-yə yeni direktor təyin edilib
03.03.2026“ChatGPT”nin Azərbaycanda bazar payı açıqlandı
03.03.202616 ildir fəaliyyət göstərən bağça bağlandı
03.03.2026Mərkəzi Bankın valyuta ehtiyatları artıb
03.03.2026Ən çox nağd vəsaitə malik şirkətlər açıqlanıb - SİYAHI
03.03.2026“Atəşgah" Sığortanın illik yığımları 1 milyon manatdan çox azalıb
03.03.2026Nazir İradə Xəlilovaya vəzifə verdi
03.03.2026"Apple" "iPhone 17e"ni təqdim etdi - Qiymət
03.03.2026Bu ölkələrdən gələn turistlər Azərbaycanda milyonlar xərcləyib
03.03.2026İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
03.03.2026“Su İdman Sarayı”nda 1,2 milyonluq yenilənmə
03.03.2026Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb ®
03.03.2026