Redaktor
Qəbələdə üçbucaq evlərə tələb artır - VİDEO
Son dövrlər Qəbələdə üçbucaq formada tikilən evlərə turistlər daha çox maraq göstərirlər. Hazırda belə evlərin günlük qiyməti 200 manatla 500 manat arasında dəyişir.
Valyuta.az xəbər verir ki, Qəbələnin Vəndam qəsəbəsindəki “Yeddi gözəl” şəlaləsi yaxınlığında belə evlər daha çoxdur.
Əvvəllər burada 3-5 belə ev var idisə, indi yüzlərlə üçbucaq evlərə rast gəlmək olar. Bunun əsas səbəbi evlərin tez başa gələn olması ilə yanaşı, turistlərin bu tikililərə daha çox maraq göstərməsidir.
Hazırda sadə üçbucaq evlər 200-300 manata, daha yaxşı təchiz olunmuş isə 500 manata qədər qiymətlə təklif olunur.
Sahibkarlar qiymətlərin baha olmasını isə müxtəlif səbəblərlə izah edirlər. Bu tipli sadə evlərdə 4-6 nəfər, daha böyüklərində isə 3 ailə olmaqla 12 nəfərə yaxın insan qala bilir.
Bu evlərdəki hovuzlarda xüsusi mexanizmlidir.
Evlərin baha olmasına baxmayaraq, hələ ki, tələbat kifayət qədər yüksəkdir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyasını təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025