Redaktor
“Qala Sığorta”da geriləmə - yığımları 2,6 mln. manat azalıb
2025-ci ilin ilk rübündə “Qala Sığorta” şirkəti geriləməkdə davam edib.
Valyuta.az xəbər verir ki, həyat sığorta şirkəti bu ilin yanvar-mart aylarında 25,18 milyon manat sığorta yığımı toplaya bilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 9,4% və ya 2,6 mln. manat azdır. 2024-cü ilin eyni dövründə “Qala Sığorta”nın yığımları 27,78 mln. manat təşkil edib.
Qeyd edək ki, ilk rübdə sığorta bazarı üzrə ən böyük biznes itkisi “Qala Sığorta”da müşahidə olunub.
Sığorta şirkətinin ödənişlərində isə 2,2 mln. manata yaxın artım olub. Belə ki, bu ilin birinci rübündə “Qala Sığorta”nın ödənişləri 72,2% artaraq 5,17 mln. manata yüksəlib. 2024-cü ilin eyni dövründə isə şirkət ödənişlərə 3 mln. manat yönəltmişdi.
Yığımların azalması fonunda ödənişlərin kəskin artımı sığorta şirkətinin zərərliliyini 2 dəfə artırıb.
“Qala Sığorta” 2024-cü ilin ilk 3 ayında hər 100 manatdan 10,8 manatını ödənişə yönəltdiyi halda, bu ilin eyni dövründə bu rəqəm 20,5 manata yüksəlib. Bununla belə, şirkətin zərərlilik göstəricisi aşağıdır.
Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manat, qanuni təmsilçisi isə İdarə Heyətinin sədri Fuad Kamran oğlu Allahverdiyevdir. Şirkətin səhmdarları isə açıqlanmır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025